menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Milli Mətbuatımızın Zəfər salnaməsi: "Əkinçi"dən Şuşa Qlobal Media Forumuna

20 0
17.07.2026

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti təkcə Azərbaycan dilində ilk qəzet olmaqla xalqın milli oyanışının, maarifçiliyinin və azad düşüncəsinin təməl daşına çevrildi. Cəmi 56 nömrəsi işıq üzü görsə də, "Əkinçi" milli mətbuat tariximizin elə bir məktəbini yaratdı ki, onun ideyaları bu gün də Azərbaycan jurnalistikasının yolunu işıqlandırır.


"Əkinçi"dən başlanan yol sonralar "Ziya", "Kəşkül", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "İrşad", "Açıq söz" kimi nəşrlərlə davam etdi. Bu mətbuat orqanları xalqın milli kimliyinin formalaşmasına, ana dilinin inkişafına, maarifçilik ideyalarının yayılmasına, istiqlal düşüncəsinin möhkəmlənməsinə böyük töhfələr verdi. Azərbaycan mətbuatı hər zaman dövrünün aynası, xalqın vicdanı və cəmiyyətin söz tribunası olmağı bacardı.


Ulu Öndər Heydər Əliyev milli mətbuatın tarixi missiyasını yüksək qiymətləndirərək deyirdi: "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik." Bu fikirlər milli mətbuatın dövlətçilik və milli düşüncə məktəbi olduğunu aydın şəkildə ifadə edir.


Müstəqillik illərində Azərbaycan mediası tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. 1993-cü ildən........

© Qaynar