menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Laçın: Zəfərin əsəri, quruculuğun zirvəsi

8 0
latest

Tarixdə elə şəhərlər var ki, onların adı təkcə bütöv bir xalqın iradəsini, mübarizəsini və qələbəsini ifadə edir. Laçın məhz belə şəhərlərdən biridir. 26 Avqust – Laçın Şəhəri Günü Azərbaycanın dövlətçilik iradəsinin, tarixi ədalətin bərpasının, Böyük Qayıdışın və qurucu dövlət siyasətinin rəmzinə çevrilib.


1923-cü ildə Abdallar yaşayış məntəqəsinə Laçın adı verildi və şəhər statusu aldı. 1930-cu ildə isə Laçın rayonu inzibati ərazi vahidi kimi təşkil olundu. Qərbi Azərbaycanla Qarabağı birləşdirən strateji mövqeyi, zəngin təbiəti, meşələri, yaylaqları və su ehtiyatları ilə seçilən Laçın təkcə iqtisadi deyil, həm də hərbi-strateji baxımdan ölkəmizin ən mühüm bölgələrindən biri idi.


1992-ci il mayın 18-də Laçının işğalı Azərbaycanın müasir tarixinin ən ağır faciələrindən biri oldu. Bu işğal təkcə bir rayonun itirilməsi deyildi. Şuşadan sonra Laçının da düşmən nəzarətinə keçməsi Ermənistanla Qarabağ arasında quru dəhlizinin yaradılmasına səbəb oldu və sonrakı faciələrin başlanğıc nöqtəsinə çevrildi. İşğal dövründə yüzlərlə insan həlak oldu və itkin düşdü, on minlərlə laçınlı doğma yurdundan didərgin salındı, yüzlərlə məktəb, xəstəxana, mədəniyyət müəssisəsi, tarixi abidə dağıdıldı, təbii sərvətlər talan edildi. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq Laçında qanunsuz məskunlaşma siyasəti həyata keçirdi, coğrafi adları dəyişdirdi, bölgənin təbii ehtiyatlarını istismar etdi.


Lakin tarix göstərdi ki, heç bir işğal əbədi olmur. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana........

© Qaynar