menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

44 0
24.08.2026

Bəzən dövlət səfərlərinin mahiyyətini yaratdığı siyasi atmosferdə, gələcəyə açdığı imkanlarda və xalqların münasibətlərinə gətirdiyi yeni nəfəsdə axtarmaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana başlayan dövlət səfəri də məhz belə səfərlərdən biridir. Daşkənddə keçirilən görüşlər, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, imzalanan sənədlər, qarşılıqlı təltiflər, açılan və təməli qoyulan layihələr göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq sadəcə dostluq və qardaşlıq ifadələri ilə məhdudlaşan münasibətlər deyil. Bu əlaqələr siyasi iradə, iqtisadi maraq, qarşılıqlı etimad və ortaq gələcəyə hesablanmış strateji baxış üzərində qurulan müttəfiqlik mərhələsinə daxil olub.

Dövlət başçımızın Daşkənddə səsləndirdiyi fikirlər bu münasibətlərin fəlsəfəsini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Onu səsləndirdiyi “Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır” fikri, əslində, yalnız dost ölkənin inkişafına verilən yüksək qiymət deyil. Bu, Azərbaycan–Özbəkistan münasibətlərinin hansı siyasi və iqtisadi mühitdə inkişaf etdiyini göstərən mühüm mesajdır. Özbəkistanın son illərdə həyata keçirdiyi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, sənaye və nəqliyyat infrastrukturunun yenilənməsi, investisiya imkanlarının genişləndirilməsi ölkəni Mərkəzi Asiyanın mühüm iqtisadi və siyasi mərkəzlərindən birinə çevirib. Prezidentin vurğuladığı kimi, Azərbaycan bu yüksəlişi kənardan müşahidə edən ölkə deyil, həmin proseslə getdikcə daha sıx əməkdaşlıq edən qardaş dövlətdir.

Bu mənada Şavkat Mirziyoyevin Azərbaycan Prezidentinə təqdim etdiyi ali dərəcəli “Dostluq” ordeni də təsadüfi protokol hadisəsi kimi qəbul edilə bilməz. Eyni gündə Prezident İlham Əliyevin Özbəkistan Prezidentini “Heydər Əliyev” ordeni ilə təltif etməsi iki liderin şəxsi münasibətlərindən daha geniş məna daşıyır. Azərbaycan dövlətinin sərəncamında Şavkat Mirziyoyevin iki ölkə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafındakı xüsusi xidmətləri ayrıca qeyd olunur. Bu qarşılıqlı təltiflər iki dövlət başçısının siyasi fəaliyyətinə verilən qiymətlə yanaşı, Bakı ilə Daşkənd arasında formalaşmış strateji etimadın simvoluna çevrilir.

Ən mühüm məqam isə budur ki, Azərbaycan–Özbəkistan münasibətlərinin arxasında artıq konkret iqtisadi nəticələr və real layihələr dayanır. Bir vaxtlar iki ölkə arasında birgə layihələrin olmadığı halda, indi enerji, nəqliyyat, investisiya, turizm, avtomobil sənayesi, kənd təsərrüfatı, emal, dağ-mədən, bankçılıq və digər sahələrdə əməkdaşlıq genişlənir. Prezident İlham Əliyevin qeyd etdiyi bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfi də bu baxımdan uzaq........

© Qaynar