Tabutun içindəki xalça
Deyirlər Roma Papası Fransisk müəllim rəhmətə gedəndə cibindən 150 avro çıxmışdır. Bundan başqa pulu olmayıbdır, ümumi bank hesabında yığılan, səhv eləmirəmsə, 250 min avroya yaxın pulu isə canını tapşırmazdan az öncə İtaliyadakı azyaşlı cinayətkarların saxlandığı həbsxanadakı makaron fabrikinin ipotekasını bağlamağa vermişdir.
Müsəlman aləmində, o cümlədən bizim özümüzdə neçə belə gözütox din xadiminə rast gəlmək mümkündür? Biri mərasim salonları işlədir, başqası Çexiyada kurort açır, üçüncüsü 37 dəfə Məkkə turuna çıxmasını reklam edir və sairə. Hələ bəzi mollaların cinsi pozuntularını heç yada salmayaq.
Əlbəttə, bununla iddia etmirəm ki, Qərbdə pozğun din xadimləri yoxdur. Var. Elə həmin katolik kilsəsi keşişlərinin azyaşlı oğlan uşaqlarının başına açdığı cinsi zəmində cinayətlər bütün dünyada məşhurdur, haqqında nə qədər istəsən sənədli, bədii ədəbiyyat, film, veriliş taparsan. Sadəcə, o tərəflərdə gözütox din xadimlərinə biz tərəflərdəkilərdən çox rast........
© Müsavat
