menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Qara dəlikdəki abituriyent

8 0
28.04.2025

Qabaqlar 3-5 nəfər tələbə qəbulunda ən yüksək balı toplayanda toy-bayrama çevrilirdi, qəzetlər yazırdı, televiziyalar intervü götürürdü, yalan olmasın, rektor universitetin qabağında xınalı qoçu yıxıb kəsirdi. İndi isə, xüsusilə son 2 ildə ən yüksək bal toplayanların sayında ciddi artış vardır. Məsələn, 2024-cü ildə 55 nəfər, bu il isə 43 nəfər 300 bal toplayıbdır, hələ türkün sözü, dalı gəlir.

Deməli təhsil sahəsində aparılan islahatlarımız uğurlu nəticələr verməkdədir. Məktəb direktorları şərəf lövhəsindən bələdiyyə üzvlüyünə namizədləri silib əlaçı şagirdləri yapışdırmağa kley çatdırmır. Gəncədə uşaqlar müəllimin sualına cavab vermək üstündə bıçaqlaşmışdılar. Bakı kəndlərindən birində iki rəfiqə, yaxud, təmiz ana dilimizdə yazsam, padruqa mobil telefonsuz qalıb onlayn dərslərə qatıla bilmədikləri üçün repetitora qoşulub evdən qaçmışdılar. Hələ gör zalım ata bunlara telefon versə tədrisin keyfiyyəti nə qədər yüksələrdi. Ola bilsin Sinqapura çatıb, Finlandiyanı keçərdik. Ya da........

© Müsavat