Qapı estafeti
Gənclərdən ibarət bir futbol komandamız xaricdə 7:1 hesabıyla uduzub, bu tragikomik əhvalatın xəbərində maraqlı detal diqqətimi çəkdi. Sən demə? qapısından yeddi top buraxan milli qoçağımızın atası da vaxtilə qapıçı olub və Azərbaycan Fransaya 10:0 uduzanda qapıda o dururmuş.
İnsafən, ata-qapıçı həmin topların cəmi 3 ədədini buraxaraq 37-ci dəqiqədə ünlü baş məşqçimiz Ağasəlim müəllim tərəfindən əvəz edilmişdi. Qalan 7 topu digər qapıçımız buraxmışdı. (Görün nə qədər uğurlu əvəzetmə olmuşdur! Heyrətamizdir. Güman edirəm Ginnesin rekordlar kitabına salıblar).
Ancaq bütün hallarda estafetin etibarlı əllərdə olmağı sevindiricidir. 90-cı illərdə də çoxlu top buraxırdıq, indi də. İdmana dövlət qayğısının şiddətinə görədir.
Maraqlıdır ki, “atı atın yanına bağlayarsan” məsəlimiz futbolda da........© Müsavat
