Özünə qayıdış
(köşə-traktat)
Uca millətimizin gözəl ata sözlərindən biri belədir: “Bir dəli bir quyuya daş atdı, min ağıllı yığışdı, çıxara bilmədi”. (Ola bilsin məsəlin “yüz ağıllı” variantı da var, ancaq mən min üzərində dayandım, çünki ölkəmizdə aqillər həddən çoxdur, onların hamısını işlə təmin etməyə borcluyuq). Haçansa bu temada müəllifini unutduğum yaxşı bir şeir də oxumuşdum: “Bir dəli, min ağıllı, Kim dəli, kim ağıllı?!”
Qəfil başımızın üstünü kəsdirən payız mövzuları islatmaqdadır, ona görə mənə elə gəlir “hərə öz rayonuna qayıtsın” temasının başını uca milətimiz çox tez bağladı. Uzatmaq olardı. Gül kimi kadrı ordan-ora qovmaq, hətta arada kosmosa dırmaşdırmaq (“speys”) bizə yaraşmadı. Bəs indi kim alov püskürəcək? Hesab edirəm bunlar hamısı söz azadlığına təhlükədir.
Ciddi fikrimdir, heç kəsi ələ salmıram. Sivil cəmiyyətlərdə belə mövzular əvvəla, heç müzakirə edilmir, ikincisi buna görə adamları cəzalandırmırlar. Bəzi ölkələrdə təzyiqə........© Müsavat
