Kitablardakı mikrobların aşkar edilməsi
Çox gülməli epoxada yaşayırıq. Sadəcə, əsas odur gülməli əhvalat adamın öz başına gəlməsin. O zaman ağlamalı olur. Başqa bütün hallarda qıraqdan bax, qəhqəhə çək və bizə bu şəraitin yaradılmasına görə minnətdarlıq elə. Əslində gülməli əhvalatlar əvvəl-axır hamının başına gəlir və o zaman da əvvəl ağlayanlar sənə gülürlər. İnşallah, axırda hamımız yığışıb bir yerdə, elliklə gülüşərik. Məşhur afyorizmdə deyilən kimi: “Axırda gülən, yaxşı gülər”.
Ana yurdumuzdakı kitab dükanları şəbəkəsinin sahibəsi Nigar Köçərli Səhiyyə Nazirliyindən, lap konkret yazsaq oranın Sanitariya-Karantin Mərkəzindən (SKM) şikayətçidir. Sözgəlişi, idarənin olduqca gözəl abbreviaturası var, təbrik edirəm. Uca göylər hər kəsə belə məna və məzmunlu qısaltma qismət eləmir. Mənim yadımda qalanı axırıncı belə idarə Sovet İttifaqı Kommunist Partiyası idi. Nəsə, söhbəti çox uzatmayaq, anekdot nə qədər qısa olsa əhalidə........© Müsavat
