menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Gül bədənin etalonu

9 0
yesterday

Ötən yazımda bulvarın keçmiş müdirinin yeyintilərinə toxunmuşdum, bu temada 2 məktub gəlib, öncə onları dərc edək. Qazi Məğrub Bədəlsoy yazır ki, vaxtilə bulvarda kitab köşkü açmaq istəyirmiş: “Məhkəməyə də verdim, amma buna nail ola bilmədim. Deyirdilər kitab köşkünün qoyulması bulvarın milliliyinə xələl gətirir. Maraqlıdır ki, həmin bulvar müdirini sonralar BDU-ya rəhbər vəzifələrdən birinə qoymuşdular, indi ölüb, adını çəkmirəm. Məhkəmədə bulvarı müdafiə edən vəkil isə həm də... şair idi. Məni dəli hesab edirdilər ki, bulvarda pivə köşkü olan yerdə kitab köşkü qoymaq nəyə lazımdır. Görəsən, indi də bulvarda kitab köşkü açmaq mentalitetimizə uyğun deyil?”

Düzü, bu barədə hörmətli oxucuya hər hansı bilgi verməyə acizəm. Yalnız onu bilirəm ki, son vaxtlar bulvarda yeniliklərdən biri açıq havada köhnə sovet kinolarının göstərilməsidir. Məsələn, “Əhməd haradadır” və “Görüş” filmlərini veriblər. Yəqin hesab........

© Müsavat