Dərsin siftəsi
Hörmətli Elm və Təhsil Nazirliyimiz hələ 3-4 gün öncədən anons etmişdi, 15 sentyabr “Bilik günü”ndə ümumi təhsil müəssisələrinin 2-11-ci siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunmalıydı. Mən dünən bir neçə qahımın orta məktəbə gedən cocuqlarından dəqiqləşdirdim, necə deyərlər, jurnalist araşdırması apardım, həqiqətən ilk dərs “Konstitutiya və Suverenlik İli” mövzusunda olmuşdur.
Burada haşiyə çıxaraq qeyd edim ki, milli mətbuatımızın 150 yaşının tamam olduğu bu gözəl günlərdə jurnalist araşdırmaları da məhz belə gözəl temalarda aparılır. Məsələn, bu yaxınlarda jurnalistlər dəhşətli faktın üstünü açmışdılar, sən demə, hava limanına gedən taksilər şlaqbaumu keçmək üçün lisenziya almalıdır. Yaxud kanalizasiya suları duz gölünə axırmış. Hansısa uşaq bağçasında tərbiyəçi balacaları çimdikləyirmiş. Avtobusda sərnişin sürücü ilə dalaşmışdı. Və sairə və ilaxır. Başqa........© Müsavat
