Bütün turistlər gəzəyəndir
Yaxud stereotiplər harada aktual olur
Milli mətbuatımız 150 illiyində 150-ci dəfə də sınaqdan uğurla çıxmadı. Son turist əhvalatında qəbirlərə qarşı təhqiramiz hərəkətdə suçlanaraq saxlanan şəxslərin milliyyətinin xüsusi vurğulanmasını, qabardılmasını nəzərdə tuturam. 2003-cü ildə jurnalistlərin qurultayında qəbul edilən, hazırda palaz boyda mətni Mətbuat Şurasının (MŞ) saytında duran, lakin heç kimin vecinə almadığı “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın 3-cü prinsipi məhz bununla başlayır: “Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır”. Hərçənd dərinə getsək, bu, "Media haqqında" Qanunda da var, 14-cü maddədə yazılıb: “İrqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır”. Amma həmişə olduğu kimi, belə tətbiqatlar yalnız yuxarılara lazım olanda yada........
© Müsavat
