Ağıllı təzək
“Tez durub sübh sağardım inəyi,
Xansənəmdən diləməzdim köməyi;
Neyləyirdim bəzəyi, уа düzəyi?
Dama, divara yapardım təzəyi”
(Mirzə Ələkbər Sabir)
Mən uşaq olanda kəndimizə qaz xətti çəkilməmişdi, bir qaz maşını vardı, 20 litrlik propan balonları evbəev daşıyırdı. Yusif adlı sürücü orijinal qarmaq aləti ilə dolu balonları yuvalarından dartıb çıxarır, həyət evlərinin darvazası ağzına qoyurdu, boşunu götürüb gedirdi. Beləcə, hər ayın müəyyən günündə bu proses təkrar edilirdi. Hətta bu energetik qaz dövranı bizim kənddə maraqlı folklor yaradıcılığına səbəb olmuşdu. Sevgilisinə qoşulub qaçmağa meylli ərgən qızlar haqqında deyirdilər: “Filankəsin qızı pasportu üstündə, qaz balonu kimi bütün günü qapıdadır”.
Sözü ona gətirirəm ki, ağıllı sayğacların bloka düşməsi, bu əziz bayram günlərində respublika əhalisinin soyuqda qazsız qalmağı yaxşı hal sayılmamalıdır. Bəlkə biz........
