menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ədəbsizlərin yetişdirilməsi

10 0
22.06.2025

Dünənki yazımda Kooperasiya Universitetimizin (bunun qısaltması bizə ilk növbədə “Kin-dza-dza” sovet filmini xatırladır, orda Plyuk planetinin sakinləri çatlanlar danışarkən əsasən “ku!” deyirdilər) dünya reytinqində zirvələrə yüksəlməsindən bəhs etmişdim, bunu sübut edən növbəti fakt ortaya çıxmışdır. Bakı Ağır Cinayət məhkəməsində bir dələduz riyaziyyat müəlliminin cinayət işinə baxılır. Bu yoldaş müxtəlif şəxsləri aldadaraq pul alıb, kimini işə düzəldəcəkmiş, kiminin də uşağını universitetlərə soxacaqmış. Eyni anda həm Əmək Nazirliyinin, həm DİM-in səlahiyyətlərini mənimsəyibdir.

Sitat: “Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə düzəldəcəyi abituriyentin valideynindən 74 900, orta məktəbə müəllim kimi qəbul etdirəcəyi şəxsdən 10 030, BDU-nun Hüquq fakültəsinə qəbul etdirəcəyini dediyi abituriyentin qahımından 70 000, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə kimi qəbul etdirəcəyini dediyi şəxsin ailəsindən 8000, Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat fakültəsinə........

© Müsavat