Xoşagəlməz insidentə dair yanlış şərhlər
Tək bizdə deyil, bir hadisəni, prosesi şərh edərkən ümumiləşdirmə etmək dünyanın hər yerində var. Amerikada, Avropada vəkilləri ümumi şəkildə “yumurtadan yun qırxan” adlandırırlar. Bankirlər dünyanın hər yerində “camaata pul satan”dır. Məmurlar, deputatlar haqqında da geniş yayılmış ümumiləşdirmələr, mənfi rəylər var.
O vaxt şahzadə Diana sevgilisi Dodi əl-Fayedlə birlikdə tuneldə qəzaya uğrayanda britaniyalı jurnalistlərin adı bədnam olmadımı? Rəsmilər belə bir açıqlama verdilər ki, sevgili cütlük jurnalistlər (paparassilər) tərəfindən təqib edilərkən qəzaya uğrayıblar. (Guya jurnalistlər tünd şüşəli avtomobilə çatsalar, nə çəkəcəkdilər?). Nəticədə şahsevən ingilis xalqı uzun müddət bütün jurnalistlərə nifrət etdi. Elə çıxırdı ki, şahzadəni 100 min jurnalist təqib edirmiş.
Bu üzdəndir ki, bəzi ağıllı ölkələrdə qətl və zorlama kimi ağır cinayət törədənlərin milli kimliyi, hansı ölkədən olmaları, ad-soyadları, şəkilləri ictimaiyyətə göstərilmir. Hüquq-mühafizə orqanları qorxurlar ki, qətl və ya zorlama hadisəsinə görə qeyzlənən (adətən, bu hadisələr ictimai qeyz yaradır) insan qrupları hücum edər,........
