Tayada axtarış – Pənah Hüseynin 350 minlik maşın
Bizim ictimaiyyət vəzifədə olan adamlara arıçı kimi baxır. O mənada ki, xalqımızın fikrincə, “bal tutan barmaq yalar”. (Biz tək deyilik, bir çox başqa ölkələrdə də belədir).
Bilmədiyiiz kimi, vəzifə elə şeydir ki, adamın bir əli yağda, bir əli balda olur. Adama durduq yerdə bal təklif edirlər. Amma baltutanın gərək insaflı olsun, balı pətək, küp qarışıq aparmasın. Bəzən elə hallar olur ki, ruscada adının mənası “bal aparan” (medved) olan ayı belə insan acgözlüyünə mat qalır.
Bəs camaat niyə hakimiyyətə, mənsəbə, vəzifəyə can atır? Ona görə ki, dolanışıqlı, hörmətli işdir.
O sovet dövrünün demaqogiyası idi, partiyaya keçənə sual verirdilər ki, partiyaya keçməkdə məqsədin nədir, onun da cavabı belə olurdu: “İstəyirəm sosializm quruculuğu yolunda xalqı irəli aparan avanqard dəstədə olum, dövlətin qüdrətlənməsinə, xalqın rifah halının yüksəlməsinə töhfə verim”.
Hamı standart belə cavab verirdi və heç kim onlara “ə, dur get burdan, avanqard olana bax” demirdi. Əslində isə adamən rəhbərləri də, qohum-əqrəbası da, bədxahları da bilirdi ki, müəllimin məqsədi babat bir vəzifə qamarlamaq və bu vəzifəylə nəinki özünün, hətta gələcək nəsillərinin qüdrətlənməsinə, sülaləsinin........
