Qoy Nəriman Zavarov kimi olmasın, Ronaldo kimi o
Bir çox köhnə azarkeşlərin bir sağalmaz mərəzi var, nə vaxt yeni bir yerli gənc oyunçu parlayır, istəyirik ki, o, məşhurlaşıb Messi və Ronaldo (birinin etalonu Messidir, başqa birininki Ronaldo) kimi olsun.
And ola məşhur referimiz Tofiq Bəhramovun qızıl fitinin diyircəyinə ki, vaxtilə Əfran İsmayılova o nəzərlə baxırdıq. Onda alınmadı. Sonra quşumuz Ramil Şeydayevə qondu, o da Türkiyədən vurdu, Çindən çıxdı, qayıtdı, gəldi. Mahir Emreli də yaxşı başlamışdı, amma Polşada bir oyunda 3 topu dirəyə vurandan sonra, elə bil, qaqaşın basaratı bağlandı. Tərs kimi, daha sonra polyak azarkeşlər də məğlubiyyətə görə öz eşşəklərinə dəyməyib bunu döyməyə qalxdılar, bu da acıq eləyib Xorvatiyaya getdi. İndi də alman məşqçi həmvətənimizi yola vermir, Messi olmağa qoymur.
Ümid yalnız Nərimana qalıb. Görək ondan bir şey çıxacaqmı?
Dünən Nərmiiman Axundzadə barədə yayılan xəbər ürəkaçan idi. Deyilirdi ki, gənc həmvətənimizin ABŞ-nin "Kolambus Kryu" klubundakı illik məvacibi 550 000 ABŞ dollardır. Təmizi bu qədərdir. Bizim pulla 935 min manat edir. Yəni o, 1 il 1 aya milyonçu olacaq. Nuş canı, xoş halalı.
Bilənlər bilir, bilməyənlər də bilsinlər ki, futbol ən travmalı idman növüdür. Boks da travmalıdır, adamın qaşını partladır, burnunu........
