Qaz bəxşişi, pul buketi – paralel dünyaların dər
Paralel dünyanın adamları xoşbəxtdir, nə qulağımızın dibində gedən müharibənin dərdini çəkirlər, nə dükan-bazardakı bahalaşmanın, nə başqa aeroportlarda, türkün sözü, mahzur qalanların, nə də başqa bir şeyin.
Onların öz balaca dünyası var, başlarını xırda-mırda qayğılarla, cılız, ucuz, düşük söhbətlərlə, dildəqayırma qalmaqallarla qata-qata yaşayırlar.
Düzdür, dünyanın, müharibənin, bəşəriyyətin, sosial problemlərin dərdini çəkənlər də öz ciddi düşüncələri və müzakirələri ilə heç nəyə təsir göstərə bilmirlər, amma heç olmasa, başa düşürlər ki, Yerə doğru asteroid gəlirsə və dövlətlər bir-birini nüvə silahı ilə hədələyirsə, gedib Sulutəpədən yuxarıdakı su çıxmayan quru təpələrdən 3-4 sot torpaq almağın yeri yoxdur, bir az gözləməkdə fayda var.
Paralel dünyanın adamlarının elə qanqaraldıcı informasiyalardan xəbərləri yoxdur. Varsa da, bu onları ilgiləndirməz. Onların bir dərdi var: nə etsinlər, necə eləsinlər ki, gündəmdə olsunlar, camaat bunlardan danışsın, saytlar........
