menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Putinə "Pautina" mesajı - Bir süpürgəlik canı ol

17 0
02.06.2025

“Novar”çıların sözü olmasın, müharibə pis şeydir. Faciədir. Gənc insanların ömrünün yarıda qırılmasıdır, yetim-yesirin, dul qadınların artmasıdır, dağıntıdır, fəlakətdir, bir sözlə, başdan-ayağa dəhşətdir. Lap kəsə desək, ən böyük cinayətdir.

Müharibəyə yalnız bircə halda haqq qazandırmaq olar – o da özünü, torpağını, evini, ana-bacının namusunu qorumaq üçün aparanda. Müharibə etmək məqsədilə öz sərhədindən kənara çıxmaq birmənalı cinayətdir.

O vaxt bizim “novar”çılar bir az səhv salmışdılar, ordumuz dədə-baba yurdumuz Şuşanı qaytarmaq üzrə olanda özlərini lezvalayırdılar ki, hərbi əməliyyatları dayandırmaq lazımdır, çünki müharibə pis şeydir.
İndi xəbər gəlir ki, Ukrayna "Hörümçək toru" adlanan bir əməliyyat keçirib və Rusiyanın aerodromlarındakı onlarla hərbi təyyarəni dronlarla məhv edib.

Əslində Rusiya tərəfi bu haqq-hesaba görə bir az məmnun olmalıdır ki, həmin təyyarələrin içində adam olmayıb. O vaxt bizim Molla Nəsrəddin oxlanmış çuxasına baxıb şükür eləmişdi ki, nə yaxşı, çuxanın içində olmamışam.

Baxmayın, ilin-günün bu vədəsində gedib Şimali Koreyadan, Kolumbiyadan pilot gətirəsi........

© Müsavat