menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Oyun-Erdenenin oğlunun oyunu - cananla hovuzda ç

11 0
04.06.2025

Dünən saytımızın xəbər lentində “Oğlunun dəbdəbəli həyatı baş nazirin istefasına SƏBƏB OLDU – FOTO” başlıqlı informasiya görəndə gümanım dərhal nəinki ölkədən, hətta postsovet məkanından da qırağa getdi.
Açığı, şübhələndim ki, belə işlər Finlandiya, Niderland, Danimarka, nə bilim, İslandiya kimi ölkələrdə olar. 39-42-ci paralellərdə belə, türkün sözü, nazik davranışlara rast gəlməzsən.

Amma başlıqda ölkə adı yox idi deyə məcburən xəbəri açdım. (Bu, jurnalistika bicliyidir, başlıqda ölkənin və ya istefa verən baş nazirin adı olanda çox adam ta xəbəri oxumur, başlıqdakı informasiya bəs edir). Ona görə də, necə deyərlər, xəbərin içinə girdim və gördüm ki, oğlunun dəbdəbəli həyatına görə istefa verməyə məcbur olmuş baş nazir qardaş Monqolustanın nazirlərinin lideri olan Luvsannamsrayn Oyun-Erdene imiş.

Namxuda, erhem ee-nin (“cənab” deməkdir) adı çox dilə yatımlıdır, gərək üç dəfə, özü də hecalayıb oxuyasan: Luv–san-nam-srayn... Amma keçmiş baş nazirin soyadına söz yoxdur, hətta Oyun-Erdene adamın qulağına şirin gəlir.

Bəs, oğluna görə istefa verməli olan baş nazirin finlandiyalı, islandiyalı yox, monqol........

© Müsavat