Kitab erasının sonu
Dünən şair Şəhriyar del Geraninin, özü demişkən, ürək yanğısı və nigaranlıqla yazdığı statusu eyni cür nigaranlıq və ürək yanğısı ilə oxudum və açığı, klassik şairlərimizin sözü olmasın, çox pəjmürdə oldum.
Şairin yazdığı qeydlərin qısa məzmuni belədir ki, “Park” nəşriyyatında çap etdikləri kitablar oxucular tərəfindən etinasızlıqla qarşılanır. Yəni naşirlər ölkənin tanınmış imzalarının kitablarını çap ediblər, amma hazır məhsul əllərində qalıb, alıb oxuyan yoxdur.
Özümü saxlaya bilmədim, bir az təskinlik, bir az da o oxucu etinasızlığına acıqla götürüb yazdım ki, şair, 3 saniyənin içində manisə xanımın ovcuna 1300 dollar pul sayan adamların məmləkətində yazıçı-şairin axırı Hadinin aqibəti kimi olar. Rəcəbli Hadinin yox, Məhəmməd Hadinin...”.
Düzü, sonra o şərhimə yüngülvarı düzəliş etdim: “manisə xanım” sözünü “müğənni xanım”la əvəzlədim, bir də “3 saniyə” məsələsini dəqiqləşdirdim, “10 saniyə”yə çevridim. Hər şey dəqiq olmalıdır. Çünki o məşhur videoda suyuşirin, mütənasib əndamlı müğənni xanımın ovcuna 1300 dolları sayan tosqun kişi bu aktı 3 saniyədə yox, 10 saniyədə, səxavətinin........© Müsavat
