126 minlik dələduzluq – amma hamı məsumdur...
Səlim Müslümov, çox yox, ikicə il də sosial təminat naziri vəzifəsində qalsaydı, ölkə əhalisinin tən yarısı əllilik təqaüdü alacaqdı. Zarafat eləmirəm, belə bir tendensiya vardı.
Durduq yerə, heç bir zəhmət çəkmədən, əmək sərf etmədən havayı pul əldə ermək ehtirası insanların gözünü kütləvi şəkildə tutmuşdu. İş axtaran issizə iş tapırdın, bir-iki gün işləyir, çıxırdı ki, bundansa gedib əlillik təqaüdü alaram.
Hətta sapsağlam, boyu 1.75 sm, çəkisi 80, yaşı 38, qan təzyiqi 130/80 olan kələ kimi adamlar vardı, soruşanda nə işlə məşğulsan, deyirdi, işsizəm, deyirdin, bəs nəylə dolanırsan, deyirdi, əllilik pensiyası alıram. Dialoqun mabədi belə olurdu: “Axı sən əlil deyilsən, sağlamsan” - “Havayı puldur də, verirlər, alıram”; “Bunu necə düz-qoş etmisən?” – “Tanış adam var, lazımdırsa, kimə istəyirsən, təşkil edək”.
Ancaq gün gəldi, bu işin zibili çıxdı. Havayı pul alan xeyli adamın pensiyası kəsildi. Ancaq bir iş pis oldu ki, “havayı pul alanlar” diviziyası ilə yanaşı, gerçək əlillərin və əmək qabiliyyəti olmayanların təqaüdü də kəsildi və ölkədə vay-nöfsə qopdu. Yeni nazir Sahil Babayevin ünvanına nələr........
© Müsavat
