“Zina çoxbucağı”na coğrafi paralellərin təsiri
Deyəsən, problem mövcud olduğumuz 39-42-ci paralellərdədir. Bu xətt boyunda yerləşən ölkələrin az qala hamısında cinsi həvəsini boğa bilməyən milyonlarla kişi (eləcə də nakişi və qadın) var.
Hər gün saytlarda 12-13, bəzən 14-16 və daha böyük qızların, qadınların cinsi zorakılığa məruz qaldığı barədə xəbərləri oxuyursan və mat qalırsan. Bu nə qızmışlıqdır, bu, necə, türkün sözü, azmışlıqdır?
Türmədə anasının sevgilisi tərəfindən zorlanan 12 yaşlı qızın əhvalatının müzakirəsi qurtarmamış, indi də anasının 35 yaşlı sevgilisi ilə könüllü şəkildə cinsi əlaqəyə girən 13 yaşlı qızın söhbəti yayılıb.
Roman şərti adlı adama 3 il iş veriblər, amma azdır. Gərək onun məşuqəsinə də o qədər iş kəsəydilər, çünki oynaşını qızının otağına salıb gizlədib, cinayətə şərait yaradıb. Özü də, Allah qoymasa, qadının əri varmış. Bu, artıq “sevgi üçbucağı” da deyil, birbaşa “zina çoxbucağı”dır.
“Zina” söhbətindən yapışan bəzi möminlər əbəs yerə ilhamlanmasınlar, onların bərqərar etmək istədiyi şəriət rejimi zinanı və azyaşlılarla cinsi əlaqəni qanuniləşdirir, “halal” buyurur.........
© Müsavat
