“Vətən əldən gedir” fotosu...
Ukraynanın “konstruktiv”, ABŞ-ın “məhsuldar” adlandırdığı bu görüşün Əsgəran dəlixanası ilə nə əlaqəsi?
Əsgəran dəlixanasında olmuş bu söhbəti Qarabağın işğal illərində yaxın dostlara çox danışmışam, bir dəfə yazmışam da. Bu barədə az sonra.
Roma Papasının dəfnindən əvvəl ABŞ prezidenti Donald Trampla Ukrayna lideri Vladimir Zelenskinin kilsənin ortasına stul qoyub söhbət etmələri oradakı bütün fotoları kölgədə qoydu. Əvvəllər qəzetlərdə belə rubrika da vardı: “Şəkilli söhbət”. İndi bu foto da əslində “danışır”. Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak görüşün fotosunu dərc edərək onu tək şərhlə müşayiət edib: “Konstruktiv”.Ağ Evin sözçüsü Stiven Çunq da danışıqları çox məhsuldar adlandırıb. Chung digər detalları açıqlamayıb.Yeri gəlmişkən, dəfndən sonra da Trampla daha bir görüşün olacağı deyilsə də, ABŞ prezidenti Romanı dərhak tərk edib. Bildirilir ki, buna səbəb Trampın xanımın ad günü olması ilə əlaqələndirilib...
Zelenski isə bu qısa danışığı “tarixi olmaq şansına layiq” adlandırıb. Ukrayna prezidenti insanların həyatının qorunması və tam atəşkəs məsələlərinin müzakirə olunduğunu deyib.Bu, Trampla Zelenski arasında Ağ Evdəki məlum çəpləşmədən sonra ilk təmasdır. Daha bir qeyd: Ağ Evdə........
© Müsavat
