Yapraq dökümü: Nurani, Surxay, Əvəz...
...Gönül hırslı bitmədi gitti,Ömür geldi geçti. Yarpaq dökümü başladı, Dostlar birər birər çəkildi.Birər birər gidiyor dostlar, Kalanlar da yabançılaştı.Gönül hala o əski hırsla Yaşamaq istiyor, doymadı...
Bəli, həqiqətən də şahanə sətirlərdir. Gözəl deyib. Elə bil bizim Azərbaycanı, bizim nəsli göz önünə gətirərək yazıb bunları...Bəli, əvvəlcə Nurani, az sonra Surxay, daha sonra isə Əvəz Zeynallı. Rəhmətlik Nurani haqqında artıq yazmışam.
Surxayla neçə il bir yerdə işləmişdik. Toplaşıb çay içməyə gedirdik. “Çayın pulunu kim verəcək?” soruşanda hamı çevrilib Surxaya baxırdı. Aramızda böyük vəzifədə çalışanlardan biri o idi, səhv etmirəmsə, Mingəçevir boyda şəhərin icra başçısının müavini işləmişdi. Gözəl də jurnalist idi. Artıq o, da yoxdur. Doğrusu, son illərdə yazıb-yazmamasından xəbərsiz idim. Bir ara Azərbaycandan kənarda olsa da........
