Region və dünya üçün təhlükəli nədir?..
Prosesin təfərrüatları hamıya, o cümlədən siyasi təhlilçilərə səfər reallaşandan və başa çatandan sonra məlum olacaq. Hələliksə, onu demək olar ki, problem sovuşdu, İrandakı son faciəli insident onun reallaşmasına mane olmadı.
Ona görə də yazacaqlarımızı prezident Pezeşkianın səfərinə, hansı ki, Bakıya tək siyasətçilər, diplomatlarla deyil, həm də dörd Azərbaycan vilayətinin təmsilçisi və hətta böyük biznesmen dəstəsi ilə gəlir (doktorun səfər protokolu haqda ilkin məlumatlarda da belə deyilirdi), yalnız kiçik “müqəddimə” saymaq olar.
Gizlətmirik, İran prezidentinin səfəri kontekstində böyük ümidlərimiz var. Ən əvvəl, bu adama böyük simpatiyamız var, çünki böyük siyasətdə ziyalı adamlara hər gün təsadüf olunmur, xüsusən də İran kimi ölkədə.
Ən əsası, düşünürük və ümid edirik ki, səfər Bakı ilə Tehran arasındakı gərgin münasibətləri ciddi şəkildə yaxşılaşdıracaq.
Ehtimal edirik ki, hətta Zəngəzur dəhlizi kimi məsələdə də anlaşma əldə etmək mümkün olar - bunun üçün də real imkanlar var.
Əlbəttə, İran siyasətində prezident “birinci skripka” deyil - hər şeyi ölkənin dini elitası və lideri həll edir. Amma hiss olunur ki, prezident Pezeşkian təslim olmur, necə deyərlər, bütün qüvvəsi ilə çalışır ki,........
© Müsavat
