menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Kremlin bu siyasəti haradan başlayır?..

10 0
06.07.2025

“Rus əsgərinin ayağı dəyən yer”,  “Hind okeanının isti sularında  çəkmələrini yuyacaq rus əsgərləri” - əcaba, bu sözlər tanış gəlir axı deyəsən! Bunlar bugünün-dünənin sözü- söhbəti deyil, bunları hələ siyasi təlxək, indisə postsovet Rusiyasının az qala “milli ideoloqlarından” biri kimi anılan, “anası rus, atası hüquqşünas” olan, siyasi polemikalarda daha çox yumruğu ilə danışan, opponentlərinin üzünə su dolu stəkanı çırpmaqla yadda qalan, yeni Rusiyanın “yeni geopolitikasını”, iddialarını işləyib hazılayan, Moskva Universitetinin iki fakültəsini bitirməsilə öyünən, sovetin vaxtında bir ölkədən kəşfiyyatçı kimi ifşa olunub qovulan və ən nəhayət, Putin komandasının da onların “geosiyasi konsepsiyası”nı həyata keçirdiyini söyləyən, Rusiyanın siyasi iyerarxiyasında Duma sədrinin müavini vəzifəsinədək yüksələn Vladimir Volfoviç Jirinovski deyirdi...

Əvvəlcə onu deyim ki, İkinci Dünya savaşında Almaniyada nasist hakimiyyəti, İtaliyada Mussolini rejimi, nə bilim, İspaniyada Franko dövrü bitəndən sonra hamı düşünürdü ki, millətçilik ideologiyası elə zərbə alacaq ki, bir daha dünyanın siyasi palitrasında önəmli rol oynaya bilməyəcək.

Amma belə olmadı, çünki İkinci Dünya savaşı zamanı məğlub olan faşizm – ifrat millətçiliyin ən kəskin forması idi, qarşıda daha bir böyük problem vardı - kommunizm, hansı ki, özündə döyüşkən ateizmi və “beynəlmiləlçiliyi”, ifrat solçuluğu ehtiva edirdi. Bu qlobal bəlaya qarşı nəyi qoymaq olardı, hansı ideologiyanı səfərbər etmək olardı? Bəli, daha bir dövr üçün millətçi ideologiyalar kart - blanş ala bildi: onların mötədil və radikal formaları yarandı. Amma Qərbin radikal millətçiləri belə öz konsepsiyalarında daha əvvəlki kimi təcavüzkar deyildi, onları daha çox ölkədaxili siyasi-ictimai atmosferin “çirklənməsi” – ölkəyə miqrantların axını, milli–mənəvi dəyərlərin aşınması, millətin sağlamlığı, demoqrafik təhlükəsizlik və s. narahat edirdi...

Bir sözlə, Qərb millətçiləri, mühafizəkarları, hətta liberalları hərəsi bir tərəfdən kommunizmi yendirə bildilər.

Amma hamını bir sual düşündürürdü: bəs görəsən, yaranacaq ideoloji boşluğunu yerini nə tutacaqdır?

Öncə bu məkanda da liberal dəyərlər siyasi moda kimi cəlbedici göründü, az qala, bütün solçular belə sosial - demokratiyaya maraq göstərməyə........

© Müsavat