Robert Köçəryanın dişində şirə qalıb – İlham Əli
İlk yayımlanma saatı: 16:13
Bu yaxınlarda Ermənistan parlamentində “atası azərbaycanlı olan” Robert Köçəryanla bağlı vitse-spiker Akop Arşakyanın “tarixə ekskurs” etməsi keçmiş prezidenti necə qeyzləndiribsə, “dirilərək” aktiv siyasətə qayıdıb. Dədəsinin türklərin törəməsi olduğu barədə parlamentdə deyilənlərdən havalanan Köçəryanın deputat oğlu Levon da özünü saxlaya bilməyib, vitse-spikerə “it balası!” demişdi, ara qarışmışdı.
Bundan əvvəl köçəryançılar Nikol Paşinyanı türklərə casusluq etməkdə ittiham etmişdilər, indi cavablarını alırlar. Davamı olacaq. Spiker Alen Simonyan cinayətkar Köçəryanın yenidən damlanacağının anonsunu edib. İndi baş verənlər hələ “jurnaldır”, Ermənistanın 2026-sı bir başqa olacaq.
Röbert Köçəryanın dişləri zaman-zaman qana batdığı üçün növbəti dəfə hay qanı tökməkdən çəkinmir. (Hələ biz Xocalı canisinin türklərə tutduğu divanlardan danışmırıq. İddialara görə, onun türklərə nifrətinin kökündə vaxtilə anasının azərbaycanlı ilə yaxınlığı barədə təkzibolunmaz fakt dayanır, odur ki, kökümüzü kəsməyə hazırdır...)
Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanı 1997-ci ildə hakimiyyətdən devirib, qanunsuz şəkildə onun kürsüsünə sahiblənən Robert Köçəryan, üstündən iki il keçəndən sonra, 1999-cu ilin 27 oktyabrında parlamentin gülləboran edilməsi ssenarisini hazırlayanlardan idi. O vaxt Köçəryan əl-ayağına dolaşan parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı güllələtdirdi. Silahlı dəstənin başçısının sabiq “Daşnaksutyun” üzvü,........
© Müsavat
