menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Qazi adını “muzdlu”ya dəyişməyin, Ukraynada sizi

16 0
28.12.2025

Son vaxtlar Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlılarla bağlı xəbərlər artıb. Çox acınacaqlı haldır. Onsuz da bizim xalq tarix boyunca müharibələrdən, işğallardan, terrordan çox əziyyətlər çəkib, qurbanlar verib.

İndi də azərbaycanlıların Rusiyanın Ukraynaya qarşı müharibəsində canları, qanları bahasına iştirakını müşahidə etmək sıradan bir hadisə deyil. Bu, bir faktdır ki, artıq dördüncü ildir müharibə postsovet məkanında soydaşlarımızın ən çox yaşadığı iki ölkə arasında gedir. Rusiyada 2 milyondan artıq, Ukraynada yüz minlərlə azərbaycanlının yaşadığını bilirik. Bu mənada həmin ölkələrin vətəndaşları olan azərbaycanlıların da digərləri kimi hərbi mükəlləfiyyət daşıdığı üçün müharibəyə cəlb olunduqları bəllidir. Arzu edərdik ki, nə müharibə olardı, nə də azərbaycanlılar bütün digər millətlərin nümayəndələri kimi bu, mənasız və dəhşətli müharibədə zorən iştirak etmək seçimi – məcburiyyəti qarşısında qalmasınlar. Amma daha acınacaqlısı odur ki, Azərbaycan vətəndaşı olan bir sıra azərbaycanlılar könüllü şəkildə, özü də Rusiya tərəfdə döyüşməkdən ötrü cəbhəyə yollanıblar. Özü də onların sırasında Qarabağ müharibəsinin iştirakçılarının olması dəhşətli faktdır. Bu günlərdə əslən Qarabağdan olan, pəhləvan cüssəli bir həmvətənimizlə bağlı qara xəbəri üzüntü ilə oxudum. Təsəvvür edin, Azərbaycan torpaqlarının azad olunması uğrunda döyüşlərdə od-alovun içərisindən sağ-salamat çıxmış, ədalətli müharibədə Zəfər qazanmış ordunun əsgəri gedib Rusiyanın Ukraynaya qarşı ədalətsiz, işğalçı müharibəsində iştirak olur və həyatını itirir! Bu, dəhşətdir, nonsessdir, bəraət qazandırması mümkün olmayan hadisədir! Özü də bu kimi faktlar bir deyil, ən azı bir neçədir. Xüsusilə də qazi qardaşlarımızın şirin canını Rusiyanın işğalçı müharibəsinə qurban verməsi üzücüdür. Necə bu addımı atmaq olar?

Bəli, bir çox hallarda azərbaycanlılar iş, gün-güzəran ardınca ayrı-ayrı ölkələrə, o cümlədən Rusiyaya yollanırlar. Bəzən Rusiya dövləti şirnikləndirici vədlərlə miqrantları orduya, müharibəyə, son nəticədə ölümü seçməyə cəlb edirlər. Dəhşətlisi odur ki, komandanlıq amansız müharibənin gedişində yaralananların bir çoxunu xilas etməyə maraqlı olmur. Heç şübhəsiz ki, bu barədə gizli təlimat verilib, dövlətin yükünü artırmamaq üçün nə yaralıları, nə də həlak olanları döyüş mövqeyindən çıxartmaq........

© Müsavat