menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Paşinyanın Bakıya zəngi və Mehrini “azad etmək”

31 0
08.08.2026

Vaşinqtondakı tarixi razılaşmaların ildönümündə Ermənistanın baş naziri Nikol Paşinyanın erməni xalqı ilə yanaşı, Azərbaycan xalqına da təbrik ünvanlaması, daha sonra sülhün memarına, Azərbaycan Prezidentinə zəng etməsi ciddi hadisədir. Bu, Azərbaycanın apardığı ədalətli müharibədən sonra təqdim etdiyi ədalətli və əbədi sülh formulunun qəbulu, yol xəritəsinə uyğun şəkildə addımın atılmasıdır.

Bu günün hadisələrinə Qarabağın işğalda olduğu günlərdən baxaq, real görünürdümü? Qəti şəkildə! O zaman Nikol Paşinyan Qarabağı Ermənistan ərazisi sayaraq, daha uzaqgedən iddialar irəli sürürdü. Amma bugünkü müraciətində etiraf edir ki, 8 avqust 2025-ci il anlaşmasına qədər Ermənistan çıxılmazda, dalanda idi, Azərbaycan Prezidenti ilə əldə etdiyi razılaşmalardan sonra Ermənistan xilas yolunu əldə etdi. Hətta 44 günlük müharibənin yekununda kapitulyasiya sənədinə imza atdıqdan sonra belə, Nikol Paşinyan hadisələrə bu qədər aydın baxış bucağından yanaşa bilmirdi. Belə görünür İrəvanda anlayırlar ki, Azərbaycanla oyunlar keçməz, üstəlik, özləri üçün çox faciəli sonluqlarla bitə bilər. Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin, həmçinin XİN rəhbərimiz Ceyhun Bayramovun Ermənistan rəhbərliyinin yaddaşını yeniləmək baxımından etdikləri ciddi xəbərdarlıqlar öz işini görüb, söyləmək olar.

Axı, Ermənistan hakimiyyəti son bir il ərzində daha çox 7 iyun seçkilərini əsas bəhanə olaraq ortaya atırdı, artıq seçki mərhələsi də geridə qaldı, amma seçkidən sonrakı iki ay ərzində Ermənistan nədənsə üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində çox ləng davranırdı. Ona görə də Ermənistan rəhbərliyini silkələmək lazım idi, xüsusən də sülhün əldə olunması üçün ilkin şərt olan konstitusiyanın dəyişdirilməsi məsələsində. Taym-aut götürmüş Ermənistan hakimiyyətinin hansısa addımlar atması gözlənilən........

© Müsavat