Paşinyan niyə Azərbaycanı 28 Mayda təbrik etmədi
Ermənistanın baş naziri Nikol Paşinyanın nə qədər ziddiyyətli biri olduğunu özü də yaxşı bilir. Bu mənada onun bir-birini təkzib edən açıqlamaları, bəyanatları təəccüb doğurmur. Odur ki, Qarabağ haqqında yenə də nostaljiyə qapılaraq “itirilmiş vətən” nağılını danışan erməni baş nazirin heç bir sözünə, vədinə, hətta imzasına etibar etmək olmaz. Əslində imzasına özünün də etibar etmədiyini 2025-ci ilin 10 noyabr bəyannaməsinin – kapitulyasiya aktının 9-cu maddəsini yerinə yetirməməklə isbatlayıb.
Nikol Paşinyan 2018-ci ildə baş nazir seçiləndən sonra ilk olaraq hara gəlmişdi? Bəli, Şuşaya! Onun Şuşada yallı getməsini, araq-çaxırdan məst olub yad torpaqda “dədəsinin yurdu”ndakı kimi sərələnməsi də yadımızdadır.
Düzdür, bir neçə ay sonra Azərbaycan Prezidenti ilə ayaqüstü görüşdən xoşbəxt olduğunu elə özü dolayısı ilə etiraf etmişdi. Amma nə olsun? 2019-cu ilin avqustunda Xankəndiyə yenə də qanunsuz gəldi və “Qarabağ Ermənistandır. Nöqtə”, sərsəmləməsini dilə gətirməklə müharibə alovunu alışdırdı. Tovuz döyüşləri, yeni ərazilər uğrunda yeni müharibə...Bütün bunlar “sülhpərvər” Paşinyanın rəhbərliyi dövrə düşür. 44 günlük müharibənin baş verməsinin də səbəbkarı odur, əgər havadarlarının fitnə-fəsadına uymasa, məsələləri masada da yoluna qoymaq mümkün idi, necə ki, başına Dəmir Yumruq dəydikdən sonra 3 rayonumuzu döyüşsüz təhvil verdi.
Vaxtilə oğlu Aşotu Qarabağa (!!!) hərbi xidmətə yollayan Paşinyan bu günlərdə erməni gənclərə real Ermənistandan danışmaqla özünü sülh göyərçini kimi təqdim etməyə........
© Müsavat
