menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Konstitusiyanı dəyişməmək üçün II Qaregin “savaş

18 1
wednesday

Nikol Paşinyan 7 iyun 2026-cı il parlament seçkilərinə düz bir il qalmış bütün ermənilərin katalikosu II Qareginə qarşı savaş açdı və baş keşişin kürəyini yerə vurmadan dayanmaq niyyətində deyil. Ermənistan mətbuatı yazır ki, Paşinyan yüksək ruhanilərlə mübarizədə əməli fəaliyyətə keçib və bütün ermənilərin katolikosunu postundan uzaqlaşdırmaq üçün koordinasiya qrupu yaratmaq niyyətindədir.

Gerçək adı Ktriç Nersisyan olan II Qaregin bütün ermənilərin 132-ci katolikosudur.O, O, 27 oktyabr 1999-cu ildən Erməni Apostol Kilsəsinə rəhbərlik edir. Bu tarixdə hansı hadisənin baş verdiyini diqqətli oxucu yaxşı bilir - 27 oktyabr 1999-cu il tarixində Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı zala soxularaq, parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı - güllələmişdi. Faktiki olaraq Qaregini qan üzərində kilsə rəhbərliyinə gəldiyini söyləmək olar.

II Qareginin Rus Pravoslav Kilsəsinin Moskva İlahiyyat Akademiyasında aspiranturasını bitirməsi, həmçinin din xadimi olan qardaşı Arxiyepiskop Ezrasın (Mkrtıç Nersisyan) Erməni Apostol Kilsəsinin Rusiya Yeparxiyasının rəhbəri olması bu ailənin Rusiyaya nə qədər yaxın olduğunu demək üçün bəs edər. Nikol Paşinyanın devrilməsi planının gündəmdə olduğu bir vaxtda Qaregin və onun çevrəsindəkilərin hədəf seçilməsi təbii sayıla bilər. Çünki Paşinyan üçün hakimiyyət........

© Müsavat