Ceyhun Bayramovun o XƏBƏRDARLIĞI – Bakının səbri
Azərbaycanın növbəti xəbərdarlıqlarından sonra Ermənistanda yenidən konstitusiya dartışmaları başlayıb. Yenə də revanşistlər iddia edirlər ki, Nikol Paşinyan Azərbaycanın tapşırıqlarını yerinə yetirir və belə getsə, Ermənistanın izi-tozu qalmayacaq.
Ağır xəstəlikdir və belə görünür ki, heç bir dava-dərman hələlik kömək etməyəcək. Normal xalq, özünü normal müxalifət hesab edən düşərgə əvvəlcə özünə sual etməlidir ki, əsas qanunumuzda qonşu ölkənin ərazilərinə iddia ediriksə, niyə günahı başqasında axtarmalıyıq? Az qala 40 ilə yaxındır Ermənistan Azərbaycana qarşı ərazi iddialarını nəinki konkret addımları, işğalçı, terrorçu siyasəti ilə davam etdirir, üstəlik, bunu konstitusiyasında da saxlayıb. Ermənistanın müstəqillik bəyannaməsi preambula hissəsində Ermənistan Konstitusiyasının başına ip salıb, sürüyür. Özü də bütövlükdə ermənilərin başındadır o kəndir və hər an boğulma ilə nəticələnə bilər. Azərbaycan bu kadastr sənədi olmayan ölkəni xilas etmək istəyir, deyir gəl, adam ol, adamlar - yəni ölkələr - sırasına qoşul, normal qonşuluq münasibəti quraq, daha arada ölüm-itim olmasın, bölgəyə əbədi sülh və rifah gəlsin! Pisdirmi? Yanlışdırmı? Təbii ki, yox. Əraziləri 30 il yağmalanmış hansı ölkənin rəhbəri düşmənçilik, terror və işğal siyasətinin mənsublarına bu qədər güzəşt edər, bunca humanistlik göstərərdi? Azərbaycan tək nümunədir! Bir çoxları heyrətlə izlədilər Azərbaycanın Vətən uğrunda müharibəni 44-cü gündə dayandırmasını.
Hətta ABŞ lideri təəccüblə soruşdu ki, niyə siz dayandınız, müharibəni davam etdirmədiniz? Bəli, Şuşa qayalarına dırmanaraq qala şəhəri azad edən, ildırımsürətli müharibəni tarixi zəfərlə yekunlaşdıran, Ermənistanın hərbi arsenalının, canlı........
