Belçika və Niderlandın etdikləri “Bizə vız gəliy
Niderland məsələsinə nə vaxtsa qayıdarıq, hələlik Belçikadan bəhs edək. Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında ikitərəfli əlaqələrin tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. O zaman Bakıda, Qorçakovskaya küçəsi 19 ünvanında – indiki Hacı Zeynalabdin Tağıyev küçəsi 4 - Belçikanın nümayəndəliyi olub və nümayəndəliyə konsul Ayvazov rəhbərlik edib. 1918-ci ilin mayında tarixi Azərbaycan ərazilərində daşnakların və tərəfdarlarının yaratdığı sözdə “Ermənistan Demokratik Respublikası”nın 9 min kv.km-lik ərazisində isə Belçikanın hansısa nümayəndəliyinin olduğuna dair məlumata rast gəlmirik.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra isə gec də olsa, Belçika müstəqilliyimizi tanıyan ölkələrdən olub – 31 dekabr 1991-ci ildə. Amma diplomatik münasibətlər təqribən yarım il sonra başlayıb. Əslində pis başlanğıc deyil. Amma görünən budur ki, münasibətlər pis istiqamətə gedir, məhz Krallığın sayəsində.
Bu ilin martında Belçika Krallığı Parlamentinin Belçika-Ermənistan Dostluq Qrupunun rəhbəri Els Van Hoffun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda olmuşdu, saxta “soyqırım” abidəsini ziyarətdən başlamış, xeyli görüşlər keçirmişdilər, “Erməni Soyqırımı Muzey-İnstitutunda” Fəxri Qonaqlar Kitabına timsahın saxta göz yaşlarına bələnmiş qeydlərini yazmışdılar. Ondan iki həftə sonra Belçika Nümayəndələr Palatası Azərbaycan əleyhinə bədnam qətnaməni qəbul etdi. Görün Ermənistan və separatçı ermənilərlə bağlı beyinlər necə zəhərlənib, həm də erməni konyakının təsiri necə güclü olubsa, Belçika parlamentindəki qətnamənin lehinə 134 deputat səs verib, nə əleyhinə, nə də bitərəf qalan olmayıb! Ən azı Belçika və Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri gözdən pərdə asmaqdan ötrü bitərəf qala bilərdilər, onu da etməyiblər! Belə olduğu halda, deputat Elçin Mirzəbəylinin Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun fəaliyyətinin dayandırılması təklifi tamamilə məntiqəuyğun və əsaslıdır. Bundan sonra nə iş, nə qrup? Olmaz olsun o........
