Azərbaycanın üstünə gələnlərin sərsəm “arqumentl
Son aylara, elə son günlərə diqqət edəndə, aydın olur ki, Azərbaycana qarşı ən muxtəlif mərkəzlər növbəti təzyiq ssenarilərini işə salıblar. Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi qurumlar, necə deyərlər, “əllərindən gələni beş qaba çəksələrdə”, Azərbaycanın artıq altıncı ildir bayram etdiyi tarixi Zəfərinə kölgə sala bilmədilər, dövlətimizin iradəsini qıra bilmədilər. Azərbaycan prezidentinə qarşı ən muxtəlif məhkirli planların iflasa uğraması onları da ciddi şəkildə rəncid edib. Amma yenə də sakit dayanmırlar, son günlər yenə də sərsəmləyirlər. Paralel şəkildə bütün Azərbaycan düşmənlərinin qeyri-rəsmi koalisiyası hərəkətə keçib. Özü də təkcə Avropa strukturları deyil…
Diqqət edək, son günlər Azərbaycana qarşı qonşu ölkələrdən ən muxtəlif sərsəm iddiaların ortaya çıxması təsadüf sayıla bilərmi? Məsələn, Gürcüstanda Gürcü Patriarxlığı Qax rayonunun Kürmük çayı üzərində yerləşən qədim Alban məbədində Azərbaycan dövlət qurumlarının həyata keçirdiyi işlərə başını soxmağa çalışır. Təsadüftürmü? Heç şübhəsiz ki, yox. Bundan öncə Azərbaycan dövləti, Gürcüstanın işğal olunmuş, Rusiyaya birləşdirilmiş ərazilərində keçirilən “seçkiləri” növbəti dəfə saxta elan etdi. Və bunun ardınca Azərbaycana qarşı Alban məbədi üzərində təzyiq başladı.
Burada yalnız Gürcüstan daxilindəki separatçıların Azərbaycana dil uzadanlarınmı rolu var? Təbii ki, yox. Heç şübhəsiz ki, bu təziqi Azərbaycanın Gürcüstan ərazi bütövlüyünü tanımasına verilən reaksiyanın nəticəsidir. Və burada şimal qonşumuzun da heç şübhəsiz ki, barmağı var. Utanverinci budur ki, Azərbaycan dövlətinin ən çətin dönəmlərdə Gürcüstana etdiyi yaxşıqların qarşılığında bu xain iddia ortaya atılır, Gürcü Patriarxlığının əli ilə. Beləliklə, Rusiyanın Gürcüstandakı uzantıları Gürcüstanı bu təxribata çəkməyə nail olublar.
Gürcüstan rəhbərliyi də hələlik ortaya mövqə qoymur. Gürcü patriarxlığının bu sayaq davranışı və Azərbaycanın nərazi bütövlüyünə iddiası qətir şəkildə yol verilməzdir! Bir........
