3 nüvə dövlətinin ilhaq edə bilmədiyi Qarabağ hə
Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisəyə çevrilir. Bu səfərlər xüsusilə də əlamətdar günlərə təsadüf edir. Bu dəfə də dövlət başçısı, ənənəvi qaydada, həm tarixi şəxsiyyət, milli lider Heydər Əliyevin ad gününün növbəti ildönümü ərəfəsində, həm də faşizm üzərində qələbənin ildönümündə Cəbrayıl və Zəngilan rayonlarına səfər etdi.
Bu səfərlər zamanı həm yeni tikilmiş yaşayış məntəqələrinə geri dönən keçmiş sakinlərin mənzillərinin açarları təqdim olundu, onlara ən yüksək səviyyədə xeyir-dua verildi. Eyni zamanda dövlət başçısı yaddaşımızı diri tutacaq çox önəmli ismarıclar ünvanladı. Bu mesajların çox önəmli hissəsi heç şübhəsiz ki, ölkə vətəndaşlarına aid idi ki, heç zaman ötənləri unutmaq olmaz, arxayınlaşmağa yol verilməməlidir. Prezident azad edilmiş torpaqlarımızdakı mənzillərdə rahat, firavan həyat yaşamağa çağırış etməklə yanaşı, eyni zamanda ayıq-sayıq olmağın düsturunu təqdim etdi.
Həmçinin, bu səfərlərdəki çıxışlar zamanı vaxtilə Azərbaycanın torpaqlarının işğaldan azad olunmasına müqavimət göstərən dairələrin, mərkəzlərin, paytaxtların növbəti dəfə iç üzünün açılmasına, ifşasına şahidlik etdik. Dövlətimizin başçısı Azərbaycan torpaqlarının işğaldan azad olunmasına müqavimət göstərən çevrələrin hələ də anti-Azərbaycan fəaliyyəti göstərməsi ilə bağlı önəmli fikirlər söylədi. Yenə də sülhə balta vurmağa çalışan, Ermənistan xalqının başını dərdə salmağa çalışan dairələrə vacib xəbərdarlıqlar səsləndi.
Azərbaycan Prezidenti darmadağın edilmiş Cəbrayılda Ermənistan rəhbərliyinin vaxtilə yol çəkmək niyyətinin olmasını da ironik şəkildə xatırlatdı. Ermənistan rəhbərliyinin bu, təxribatçı hərəkəti heç şübhəsiz ki, bölgənin abadlaşmasına yönəlik bir təşəbbüs deyildi. Darmadağın edilmiş Qarabağa və Şərqi Zəngəzura çəkilməsi nəzərdə tutulan sayca üçüncü yol Azərbaycanın digər ərazilərinin ilhaqına və işğalın əbədiliyinə yönəlik bir siyasət idi. O yollarla hərbi texnikanın, silah-sursatın, minanın daşınması nəzərdə tutulurdu ki,........
