Qərb Turan Ordusuna dəstək verir-Rusiya, Çin və
Sovet İttifaqının dağılmasından sonrakı onilliklərdə Türkiyənin xarici siyasətində yeni bir tendensiya yarandı. Bu dövrdə Cənubi Qafqazda və Orta Asiyada (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan) yeni müstəqil türk respublikaları ortaya çıxdı. 2000-ci illərdə Türkiyənin bu bölgələrə yönəlik çoxşaxəli xarici siyasəti getdikcə gücləndi.
Bunun elementlərindən biri də bu ölkələrlə strateji müdafiə əlaqələrinin inkişafı idi.
Gələcəkdə bu əlaqələrin kulminasiya nöqtəsi kimi Turan Ordusu yarana bilər. 2020-ci ilin oktyabrında Türkiyənin müdafiə naziri Hulusi Akarın bir sıra Türkistan dövlətinə rəsmi səfəri yeni hərbi ittifaq ehtimalını ciddi şəkildə gücləndirdi.
Türkiyənin öndərlik etdiyi Turan Ordusunun qurulması nə qədər realdır? Əslində, Turan Ordusu çoxdan qurulub. Hər bir türkün şüurunda, ruhunda bu ordu var.
Sadəcə olaraq biz ruhi aləmdə olanı real dünyaya daşımalıyıq. Deyim ki, artıq real həyatda da Turan Ordusunun fraqmentləri var. Məsələn, Rusiya–Ukrayna müharibəsində döyüşən Ukrayna Silahlı Qüvvələrində türk xalqlarından formalaşmış könüllü Turan batalyonu var. 20 noyabr 2022-ci ildə yaranmış Turan batalyonun məqsədi Rusiyanın "türk xalqlarına qarşı soyqırımı" siyasətinə qarşı mübarizə aparmaqdır. Turan batalyonunun tərkibində Türkistanla yanaşı Rusiyadan və Şimali Qafqazdan olan etnik qazaxlar, qırğızlar, azərbaycanlılar, uyğurlar, tatarlar, Krım tatarları və digər türk xalqlarının təmsilçiləri var. Batalyona Rusiya–Ukrayna müharibəsinin döyüşçüsü, "Qazaxıstan Rembo"su adlandırılan Jasulan Duysembin də qoşulub.
Dəfələrlə yazmışam ki, Turan Ordusu Qərb üçün xüsusi önəm daşıyan bir məsələdir. Qərbin ağıllı başları gec-tez bu ordunun Türkiyə üzərindən yaranmasına təkan verəcək. Niyə? Çünki Turan Ordusu Rusiya-Qərb, Çin-Qərb qarşıdurmasında sonuncunun xilaskarı ola bilər. Həm də tarixən Çin Səddi Türk Səddi rolunda çıxış edib. Və bu sədd Avropanı Çindən və qismən Rusiyadan qoruyub. Məsələn, Donald Tramp NATO ittifaqı ilə bağlı təhlükəli gedişlə edir. Rusiya işğalı ilə üzləşmə ehtimalı Avropa İttifaqı (Aİ) üçün Türkiyənin dəyərini birə beş artırıb. Rusiya təhlükəsi Aİ üçün son dərəcə realdır. Amerika bu reallığa əvvəlki diqqəti göstərməyə bilər. Anaq Çin-Qərb qarşıdurmasında Amerika........
© Müsavat
