ABŞ-İran: Diplomatiya bitdi, müharibə yenidən ba
Çin səssiz görünür, amma oyundan kənarda deyil
Amerika ilə İran arasında aparılan danışıqların nəticəsiz qalması Yaxın Şərqdə yeni mərhələnin başladığını göstərir. ABŞ ilə İran arasında diplomatiya formal olaraq bitməyib. Amma reallıqda artıq səhnə boşdur, qarşısına qara pərdə çəkilib. Bu mərhələ diplomatiyanın zəiflədiyi, hərbi dinamikanın isə ön plana çıxdığı bir dövrdür. Masada razılaşma əldə olunmadıqca, sahədə güc balansı yenidən qurulur. Bu prosesin ən açıq təzahürü isə İsrailin Livanda Hizbullah mövqelərinə endirdiyi zərbələrdir.
Son hadisələr göstərir ki, Livan artıq lokal cəbhə deyil. İsrailin ardıcıl və sistemli hücumları Hizbullahın infrastrukturunu zəiflətməyə yönəlib. Bəzi mənbələr yüzlərlə obyektin vurulduğunu qeyd edir. Bu isə sadəcə hərbi əməliyyat deyil. Bu, İranın regiondakı təsir mexanizminə yönəlmiş strateji zərbədir. Çünki Hizbullah Tehranın dolayı güc sisteminin əsas sütunlarından biridir.
Bu nöqtədə qarşıdurmanın xarakteri dəyişir. Bu artıq təkcə ABŞ–İran xətti deyil. Bu, paralel cəbhələr üzərindən aparılan genişmiqyaslı güc mübarizəsidir. Və bu mübarizəyə üçüncü böyük aktor – Çin də dolayı şəkildə daxil olur.
Çin bu münaqişədə açıq hərbi tərəf deyil. Lakin onun rolu getdikcə artır. İranla iqtisadi əlaqələr, enerji əməkdaşlığı və potensial texnoloji dəstək Pekinin bu qarşıdurmada neytral müşahidəçi olmadığını göstərir. Çin üçün İran təkcə tərəfdaş deyil, həm də ABŞ-a qarşı qlobal........
