menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Bakının qurtuluşu və qardaşlığımızın əbədiləşdirildiyi GÜN

35 0
25.09.2026

15 sentyabr - Bakının düşmən işğalından azad edildiyi gündür! 106 il öncə qəhrəmanlarımızın reallaşdırdığı bu tarixi hadisəni, bu günkü Azərbaycan Respublikasının mövcudluğunun əsas tarixi təməllərindən biri və Azərbaycan-Türkiyə qardaşlığının əbədiləşdirildiyi hadisə kimi qiymətləndirmək mümkündür. Bu günkü Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı, mədəniyyəti, əldə edilən hərbi, diplomatik, iqtisadi və s. uğurlar Bakı ilə, Xəzər ilə, təbii ehtiyatlar ilə, Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi ilə nə qədər bağlıdırsa, deməli Bakının düşmən işğalından azad edilməsi ilə də o qədər bağlıdır.

Bəs bu hadisə hansı şəraitdə və necə baş verdi?

20-ci əsrin əvvəlləri tarixə Birinci Dünya Müharibəsinin yaşandığı, Çar Rusiyasının dağıldığı və qısa bir müddət sonra SSRİ-nin qurulduğu, beləcə ideoloji qütbləşmənin başladığı illər kimi düşdü. Bu dövrdə Azərbaycan tarixinin həm ən qanlı, həm də ən şanlı hadisələri də yaşandı. 

Birinci Dünya Müharibəsinin sonlarına doğru Osmanlı Dövlətində və Çar Rusiyasında həm ideoloji dəyişiklik, həm də parçalanma prosesləri başlamışdı. Bu mərhələdə Qafqazda milli hərəkatların güclənməsinə paralel olaraq bölgədə mərkəzi hakimiyyətin zəifləməsi və bölgəni nəzarətində saxlamağa çalışan müxtəlif qüvvələrin fərqli siyasətləri qanlı günlərin yaşanmasına səbəb olmuşdu. Rusiya imperiyasından ayrılmağa çalışan Qafqaz xalqlarının ortaq dövlət qurmaq arzuları istiqamətindəki fəaliyyətlərin qarşısındakı əsas maneələr, müxtəlif qüvvələrin bölgəni nəzarətdə saxlamaq üçün xüsusilə erməni təşkilatlarının köməyindən istifadə etmə cədləri, ermənilərin “Böyük Ermənistan” xəyalı üçün heç bir prinsip gözləmədən hamıyla və hər cür əməkdaşlığa, bölgədə hər cür təxribata getmələri idi. 

Azərbaycan tarixinə bu dövrlər bir yandan Azərbaycan Xalq Cümhuriyyətinin qurulma prosesi, digər yandan isə Bakıda, Şamaxıda, Qarabağda, Urmiyada, Naxçıvanda, Muğanda erməni silahlı qrupları və onların dəstəkçiləri tərəfindən böyük qətliamların törədilməsi dövrü kimi düşdü. 1918-ci ilin xüsusilə mart ayında erməni silahlı qrupları tərəfindən həyata keçirilən qətliamlar ən vəhşi səviyyəyə çatdı. Sadəcə Rəvan Xanlığı ərazisində 197 kənd darmadağın edilmiş, 100 mindən artıq Azərbaycan türkü ya öldürülmüş, ya da başqa ərazilərə qaçmaq məcburiyyətində qalmışdı. Bakı quberniyasında 33 yaşayış məntəqəsi tamamən, 196 yaşayış məntəqəsi isə ciddi dərəcədə dağıdılmışdı. Bakı və ətrafındakı yaşayış yerlərindəki insanlara divan tutulduqdan sonra Bakı Soveti əsasən ermənilərdən təşkil olunmuş silahlı dəstələri Gəncə üzərinə hücuma hazırlayırdı. Bu şəraitdə, 1918-ci il may ayının 28-də isə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu.

Həmin illər Anadolu türkləri üçün də çox ağır bir dövr idi. Birinci Dünya Müharibəsində məğlub olması Osmanlı Dövlətinə baha başa gəlirdi. Bu mərhələdə tarixi ərazilərinin çoxunun itirilməsi bir yana, Birinci Dünya Müharibəsinin qalib dövlətləri və Türk torpaqlarında gözü olan qonşuları İstanbulda işğal idarəsi quracaq, beləcə ümumiyyətlə Anadolunun itirilməsi təhlükəsi yaranacaqdı. Amma bütün bunlara baxmayaraq, Anadolu........

© Modern.az