menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Rəqəmsal aqressiya, mənəvi aşınma: Biz hara gedirik? - Vahid Tağıyev yazır

23 0
24.07.2026

Vahid Tağıyev,

Təcrübəli, peşəkar təhsil işçisi.

***

Unutmamalıyıq: əsl mədəniyyət heç kimin bizi görmədiyi, heç bir baxışın üzərimizdə olmadığı andakı davranışımızdır.   Lakin bugünkü reallıq tamamilə fərqlidir. Sosial şəbəkələr cəmiyyəti dəyişdirmədi. Sadəcə, cəmiyyətin illərlə gizli qalan qüsurlarını üzə çıxardı.

 Virtual məkanda ağlına nə gəldi danışan, qarşısındakını asanlıqla təhqir edən insanların sayı günbəgün artır. Burada məsələ təkcə kobud sözlərin işlədilməsi deyil, daha təhlükəlisi odur ki, məsuliyyətsizlik, nifrət dili və şəxsi ləyaqətə hörmətsizlik getdikcə cəmiyyətdə normal davranış forması kimi qəbul olunaraq adiləşir. 

 Əlbəttə, geniş təhlil və müzakirə tələb edən bu suallara birmənalı cavab tapmaq çətindir, çünki problemin kökləri çoxşaxəli və dərindir. Lakin bir reallıq var ki, bu cür davranışlar birdən-birə yaranmayıb, onlar zamanla, tədricən formalaşıb və cəmiyyətin iliyinə işləyir. 

 Bir anlıq gündəlik həyatımıza baxaq: sanki ictimai məkanın hamıya aid olduğu unudulub. İctimai yerdə danışıq və davranışların etik qaydalardan uzaq olması, küçəyə zibil atmaq, metro, avtobus qapısında basabas yaratmaq, növbə mədəniyyətinə riayət etməmək - hər kəsin özünü hamıdan vacib və imtiyazlı hesab etməsinin acı nəticəsidir. 

 Bu gün cəmiyyətdə ciddi bir paradoks yaşayırıq: hamının cibində son model smartfonlar, evlərində ən müasir texnologiyalar var. Lakin texnologiyamız rəqəmsallaşdıqca, davranışlarımız bir o qədər primitivləşir. Səhər tezdən real həyatın basabasında, şəhərin tıxacında bir-birimizə qarşı göstərdiyimiz dözümsüzlük, axşam evə qayıdıb sosial şəbəkə pərdəsinin arxasına keçəndə rəqəmsal bir "vəhşiliyə" çevrilir. Küçədə qaydaları pozan, aqressiya saçan şəxslə, klaviatura arxasında oturub heç tanımadığı birini linç edən, təhqir yağdıran virtual profil əslində eyni adam deyilmi? 

Biz fərqinə varmadan birlikdə yaşamaq mədəniyyətini – yəni ictimai məsuliyyət hissini itiririk. İnsanlar öz azadlıqlarının harada bitdiyini, başqasının azadlıq sərhədlərinin haradan başladığını artıq ayırd edə bilmirlər. 

MƏNƏVİ AŞINMANIN SƏBƏBLƏRİ

 1). Bizi bu acınacaqlı mənzərəyə gətirən səbəblərin başında, ilk növbədə, ümumi mənafe düşüncəsinin və təəssübkeşliyin itməsi dayanır. Bu gün istər sosial şəbəkələrdə, istərsə də real həyatda ən çox səs-küy qaldıranlar, əslində, şəxsi və maddi maraqlarını hər şeydən üstün tutanlardır. Onlar iş fəaliyyətində bəzi "gözü kölgəli" insanları qorxutmaqla, şantaj etməklə nələrəsə nail olmağa öyrəşiblər. Nəfsinin əsiri olan, şəxsiyyətinə hörmət qoymayan, obyektivlikdən və........

© Mia.az