Övlad mənimdir, qağa, oxutmuram, əl çəkin… - Təbriz VƏFALI YAZIR
Təbriz VƏFALI
***
Dilim-ağzım qurusun, əgər yalan deyirəmsə. Haşa, canımdan çox sevdiyim ölkəmə şər-böhtan atmaq kimi fikrim yoxdur.
Amma canım üçün Azərbaycan bəlkə də dünyanın yeganə dövlətidir ki, bizim məmləkətin təhsil sistemindən baş açana sorğusuz, sualsız 1 milyon 400 min dollarlıq Nobel mükafatı vermək lazımdır. O qədər qəliz və əndrabadi təhsil sistemimiz var ki…
İşdi-şayəd, fələyin gərdişindən baş açan, zamanın ələyindən ələnən ağıllı əcnəbini Azərbaycana gətirib bizim təhsil sistemi ilə tanış etsən, 2-3 günə qalmaz dəli-divanəyə dönər, “asta qaçan namərddir” deyib tüpürər dabanına, güllədən daha sürətli götürülər, Yamayka dövlətinin yüngül atleti, 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Boltun dünya rekordunu üstələyər, 100 metrlik məsafəni 9,58 saniyədən tez qaçaraq uça-uça gedər öz ölkəsinə və bizim əyalətə yenidən ayaq........
© Mia.az
