İndi ac olanlara kişi deyən tapılmır... - Təbriz VƏFALI YAZIR
Təbriz VƏFALI
***
Vallahi də, billahi də indiki dovran gördüyümüz o dövran deyil. Zəmanə çox dəyişib, eləməyib tənbəllik, insanları da çox dəyişdirib.
Ax, zəmanə, zəmanə. Görüm, üzün qara olsun. Elə dəyişmisən ki, qədimi adət-ənənələrimizi, ailə dəyərlərimizi bizə unutdura-unutdura ucsuz-bucaqsız çöllərdə bizi ünyetməz yerlərə sürükləyə-sürükləyə aparırsan.
Hə, onu deyirdim axı, bizim dövran başqa dövran idi. Bizim dövranımızda “Ac ol, kişi ol” deyirdilər. Yəni, halal zəhmətinlə, alın tərinlə, namusunla qazandığın pulla özünü, ailəni yarıac, yarıtox dolandırsan da, kimsə sənə “gözünün üstündə qaşın var” deyə bilməzdi.
Amma indi zəmanə elə dəyişib ki, “ac olanlar”a kişi deyən tapılmır. Hələ müasir dövranın yazılmamış qanunlarına görə, “pulun olsun, kişi ol” ideologiyası insanların........
© Mia.az
