menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

MÜASİR AZƏRBAYCAN BƏDİİ ƏDƏBİYYATININ STRUKTUR TƏRKİBİ…

12 1
25.10.2025

Həmsöhbətimiz — çağdaş ədəbiyyatşünaslığın tanınmış simalarından biri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, AMEA-nın professoru, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Rəsul Rza” mükafatlarının, Rusiya Yazıçılar Birliyinin M.A.Şoloxov və Q.R.Derjavin adına ordenlərinin, həmçinin bir sıra beynəlxalq mükafatların laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının “İstinadda rekord” (2024) mükafatı laureatı, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü (2016–2017) Salidə Şərifovadır.

İlk sualımızı belə səsləndirək. Azərbaycan ədəbiyyatı nədir?

Azərbaycan ədəbiyyatı vaxt və məkan baxımından, geniş bir məfhumu əhatə edir. Milli ədəbiyyat ilk əvvəl ağız ədəbiyyatında, sonra isə yazılı ədəbiyyatda özünün əksini tapır.

Azərbaycan ədəbiyyatı dedikdə, bir tərəfdən, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin yaratdıqları ədəbiyyatı (şərti olaraq «rəsmi ədəbiyyat» adlandıraq), digər tərəfdən, gənclərimizin bədii əsərlərini, üçüncü tərəfdən, Azərbaycan Respublikasının ərazisini əhatə etməyən, lakin dil, problematika və ənənə baxımından, Azərbaycan bədii mühütün tərkib hissəsi olan və milliyətcə Azərbaycan xalqına (Mühacirət ədəbiyyatı, Cənubi Azərbaycan, Gürcüstan azərbaycanlıları, Dağıstan azərbaycanlıları, Türkiyənin Şimal-Şərqində yaşayan və bu gün türklər kimi tanınan əhali) və ya onun subetnoslarına (İraq türkmənləri, Suriya türkmənləri, Əfşarlar, Qacarlar və sair) aid olan müəlliflər tərəfindən yaradılan bədii əsərlər başa düşülməlidir. Bu üç tip «ədəbiyyat»ımız arasında ciddi fərqlərin olmaması, ilk növbədə özünü büruzə verir. Təəssüf ki, Azərbaycan ədəbiyyatına aid olan bu «ədəbiyyatlar» bir-birindən təcrid olunmuş şəkildə inkişaf edirlər.

Buna baxmayaraq, akademik sahədə tədqiqatlar aparılır, nəzəri problemlər tədqiq edilir. Bu baxımdan bir boşluq yoxdur. Lakin sadaladığımız üç tip ədəbiyyatımız təəssüf olsun ki, Azərbaycan ədəbiyyatşünaslığında vahid məfhum kimi kifayət dərəcədə tədqiq edilmir, vahid bir elmi metodoloji yanaşma formalaşmamışdır. Məsələn, meyxana janrının xüsusiyyətləri və onun nümayəndələrinin yaradıcılığı Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi qəbul edilmir. Nizami Rəmzi və digər meyxana ustadları haqqında elmi dairələrdə diskurslar aparılmır. Gənclərimizin yaradıcılığının bir hissəsi olan rep də «rəsmi ədəbiyyat»a daxil ola bilmir. Ümümiyyətlə, gənc nəsil az tədqiq edilir. Bu proses tanınmamış gənclərə yox, həm də tanınmış, lakin gənc ictimai xadimlərə də aiddir. Ədəbiyyatşünas darilərədə koservativ bir durum formalaşmışdır. Məsələn, gənc şairəmiz Leyla Əliyevanın poetik yaradıcılığı haqqında siyasi məqamlardan uzaq olan «Leyla Əliyevanın poetik dünyası» adlı monoqrafiya qələmə aldım. Çünki bu xanım şairənin bədii yaradıcılığının elmi baxımdan tədqiq edilməsinin zamanı artıq yetişmişdir. Bir alim kimi Leyla Əliyevanın bədii yaradıcılğına obyektiv, sırf elmi və ədəbiyyatşünaslıq metodologiyası baxımından yanaşaraq tədqiq etdim. Azərbaycan ədəbiyyatşünaslığında gənc yazarlar formalaşmaqdadır. Bu gənc yazarların yaradıcılığı geniş elmi səviyyədə tədqiq edilməlidir. İkinci bir nümünə kimi Kəramət Böyükçölün yaradıcılığını misal gətirmək olar. Kəramət Böyükçölün roman janrında qələmə aldığı əsərlər bu günün prizmasından dəyərləndirilməlidir. Çox təəssüf ki, gənclərə biganəlik istər elmi dairələrdə, istərsə də, Yazarlar Birliyində özünü göstərməkdədir. Ona görə də, gənclər «rəsmi ədəbiyyat»dan təmasdan zorla uzaqlaşdırılmış halda yazıb yaradırlar.

«Rəsmi ədəbiyyat»ımızın ikinci bir paradoksu da maraq kəsb edir. «Rəsmi ədəbiyyat» nümayəndələrinin əksər hissəsi sosialist realizm cərəyanının tərkibində öz fəaliyyətlərinə başlamışdılar. Lakin bu gün Azərbaycan sosialist realizminə aid əsərlərin tədqiqi və təbliği aparılmır. Sanki bu dövr ədəbiyyatımızın lazım olmayan bir hissəsidir. Bu gün də yazıb yaradan şair və yazıçılarımız, dramaturqlarımız o ədəbi məktəbdən qaynaqlanıblar. Sosrealizmdə yaranmış ədəbiyyatı təbliğ etməmək trendə çevrilib.

Bu gün Azərbaycan ədəbiyyatının oxucusu kimdir?

Bizi ilk növbədə düşündürən odur ki, bu gün yaranan ədəbiyyatımızın oxucuları kimdir? Cavab aydın şəkildə özünü göstərir. İlk növbədə, ədəbi dairələrdir. Hansı ki, əsərləri özümüz yazır, özümüz də oxuyuruq.

Daha sonrakı oxucu nəsli gənc nəsildir. Bu nəsil də özləri bədii əsərlərini yaradır, özləri də oxuyur. Yəni onların yazdıqları nə ədəbi dairələrin, nə də Yazıçılar Birliyinin marağında olmur.

Üçüncü kateqoriyaya aid olan oxucular kimi də həmişə milli axtarışda olan, milli şüura təsir edə biləcək əsərlərə tələbatı olan soydaşlarımızdır. Yəni Respublikamızda və ya qəribçilikdə yaşayan azərbaycanlılar və Azərbaycan subetnosuna aid insanlar.

Dördüncü kateqoriya, Azərbaycan xalqının şüurunun inkişafını tədqiq edən alimlər və ixtisasçılar. Nəzərə almaq lazımdır ki, həmsərhəd dövlətlərimizin elmi və ekspert dairələri ədəbiyyatımızın inkişafını daim maraq dairəsində saxlayır.

— Ədəbiyyatşünaslıqda insan mahiyyətinin təhlili daha çox hansı üslub və ya istiqamətdə təcəssüm olunur?

Bədii üslub, elmi üslub, publisistik üslub, rəsmi-işgüzar üslub və danışıq üslubu kimi müxtəlif üslub növləri vasitəsilə hər hansı bir əsərin məzmunu, həmçinin müəllifin dünyagörüşü, emosional münasibəti və məqsədi ilə tanış olmaq mümkündür. Qeyd etmək lazımdır ki, eyni bir fikri müxtəlif üslubda ifadə etməklə, fərqli təsir və mənalar yaratmaq mümkündür. Ədəbiyyatşünaslıqda isə üslub dedikdə, biz realist, və romantik, modern və postmodern üslubların mədəniyyətin, zamanın və cəmiyyətin tələbləri ilə sıx bağlı olmasını və daim inkişaf etdiyini göstərə bilərik ki, bu üslublarda əsərlər qələmə alan müəlliflər insan mahiyyətini sosial, psixoloji və mədəni aspektlərini araşdıraraq özünəməxsus şəkildə ifadə etməyə qadirdilər.

Ədəbiyyatşünaslıqda tarixin müəyyən inkişaf mərhələsində bir-birinə zidd olan ideoloji mübarizə şəraitində qələm sahiblərinin ideyaca, məsləkcə, əqidəcə, daha çox üslubca birləşdikləri ədəbi cərəyanlarda isə insan xarakterini, ona məxsus mənfi və müsbət xüsusiyyətləri, bir növ davranışlarını anlamağa, sosial-iqtisadi şəraitin, siyasi hadisələrin və ictimai dəyərlərin insan xarakterinə təsirini açıqlamağa yardım edir. Konkret tarixi şəraitlə əlaqədar yaranan və konkret bir dövrlə bağlı ədəbi cərəyanlarda insan mahiyyətini anlamaq təbliğ olunmaqdadır. Məsələn, Azərbaycan ədəbiyyaşünaslığında XX əsrin əvvəllərində yaranmış mollanəsrəddinçilər və füyuzatçılar ədəbi cərəyanları öz dövründə yarandı, sonra tarixi arenadan çəkildi. Ancaq ədəbiyyatşünaslığımızda mövcud olan bu ədəbi cərəyanlarda insan mahiyyətinin təhlili ön sırada dayanırdı. Maraqlı məqam isə bu cərəyanlara aid olan qələm sahiblərinin müxtəlif üslubla fikirlərini əks etdirmələri idi. Belə ki, mollanəsrəddinçilər cərəyanı tənqidi realizmin, füyuzatçılar isə romantizm metodunun təzahür formaları kimi çıxış edərək, münasibətlərini əks etdirirdilər.

Bir çox şair və yazıçılar eşq və məhəbbət fəlsəfəsinə böyük diqqət yetiriblər. Ədəbiyyatşünas kimi deyə bilərsinizmi, Azərbaycan ədəbiyyatında məhəbbət, eşq mövzuları insanın daxili mahiyyətini açmaqda hansı yeri tutur?

— İstər Qərb, istər Şərq, o cümlədən, Azərbaycan ədəbiyyatında, şair və yazıçılar insan duyğularına, məhəbbət mövzusuna bütün dövrlərdə münasibət bildirmişdi. Digər mövzularla müqayisədə bu mövzuya biganə qalınmaması aşıq-aşkar şəkildə özünü göstərməkdədir. Şərq ədəbiyyatı ənənəsi əsasında formalaşan Azərbaycan ədəbiyyatında məhəbbət və eşq mövzusunda insanın daxili mahiyyətinin açıqlanmasına üstün mövqe ayrılır. Bu məhəbbət və eşq mövzusunun yalnız hiss və duyğuların ifadəsi olmaması, həmçinin obrazın daxili və mənəvi aləmini açıqlamağa qadir olan vasitələrdən biri olması ilə bağlıdır. İstər folklor ədəbiyyatımızda, istərsə də klassik Azərbaycan ədəbiyyatında, istərsə də müasir ədəbiyyatımızda eşq və məhəbbət yalnz insanın insana olan məhəbbəti deyil, həm də Allaha olan ilahi eşqi də əks etdirir. Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, Mirzə Şəfi Vazehin, Molla Pənah Vaqifin, Hüseyn Cavidin və digər klassiklərimizin yaradıcılığında insanlar arasındakı sevginin, ilahi eşqin təbliğini görmək mümkündür. Azərbaycan ədəbiyyatşünaslığında realistlər və romantiklər tərəfindən insanın daxili mahiyyətinin əsas göstəricisi olan eşqin, məhəbbətin fərqli şəkildə təqdimini müşahidə etmək mümkündür. Belə ki, realistlər eşqi, məhəbbəti insanın xarakterini açan bir vasitə kimi, romantiklər isə insanın mənəvi azadlığının ifadəsi, yəni həyatın mənasının axtarışı kimi təqdim edirlər.

Sizcə, bu gün müasir yazıçıların əsərlərində humanizm ideyaları nə dərəcədə əks olunur?

Humanizm Azərbaycan ədəbiyyatının dayaqlarından biri olub və hal-hazırda vardır. Azərbaycan xalq yaradıcılığında, klassik Azərbaycan yazılı ədəbiyyatında, müasir ədəbiyatımızda humanist prinsiplər aparıcı yer tutur. Azərbaycan ədəbiyyatında humanistliyi təbliğ etməyən əsər yoxdur desək, heç də yanılmarıq. Çünki, yazarlar humanizm ideyalarını açıq və ya dolayı formada emosional şəkildə təqdim etməyə nail olurlar.

İnsana dəyər vermək, mərhəmət ideyalarının təbliği, insan azadlığı, müxtəlif etnik qruplara daxil olan mədəni irsə və ənənəyə ehtiram, müharibə və onun fəsadlarına etiraz və s. Azərbaycan ədəbiyyatşünaslığında Qarabağ mövzusu XX əsrin 90-cı illərindən bu günümüzə qədər aktuallıq kəsb etməkdədir. Qarabağ ağrı-acılarını əks etdirən bu mövzunu əks etdirən istər Birinci Qarabağ müharibəsi, istərsə də Vətən müharibəsi dövrlərində qələmə alınmış bədii nümunələrdə düşmənə qarşı zorakılığın təbliğindən uzaq durulması özünü qabarıq şəklidə büruzə verir. Fərəc Fərəcovun “Yaycı soyqırımı” kitabında Hacı Zeynalabdin Tağıyevin erməni qadınlarını qoruması epizodu fikirlərimizi təsdiq edir. H.Z.Tağıyevin insani xüsusiyyətlərini açıqlayan müəllif xalqımıza xas olan humanizmi təbliğ edir. Millətin atası adlandırılan Tağıyevin 1905-ci il hadisələri zamanı ona pənah gətirmiş 40 nəfər erməni arvad – uşağnı xilas etməsini kitabda əks etdirir. Müəllif bu missiyanı yerinə yetirən Hacının yalan danışmasını qəbahət hesab etmir. Hətta erməniləri qorumaq üçün müqəddəs kitabımız Qurana yalandan and içməsi məqamına millət atasının öz dili ilə aydınlıq gətirir.

Ədəbiyyatımızda torpaqlarımıza kəm gözlə baxanlarla mübarizə aparan döyüşçülərimizin humanistliyi Aqil Abbasın “Dolu” romanında da özünü büruzə verir. Yazıçı Azərbaycan döyüşçüsünün humanist əməlini başa düşməyən digər azərbaycanlı döyüşçülərin daxili aləmlərini onların dialoqlarında açıqlayır. Aqil Abbas cəmiyyət üzvlərinin mənəvi dünyasını xarakterizə edən mentalitetin sosial amillərin təsiri ilə davranış stereotipləri sisteminə çevrilməsinə toxunur. Mentalitet anlayışını bir fərdin düşüncəsi və davranışı ilə əlaqələndirməyən müəllif romanda bir obraz daxilində və ya obrazın dili vaitəsilə milli mentaliteti qabarıq şəkildə əks etdirir. Bu amilin əsir düşmüş erməni qızından qisas almağı mənliyinə sığışdırmayan və bu səbəbdən özünü söyən döyüşçünün dili ilə verilməsi məqamı diqqətdən yayınmır. Əsir düşmüş “axçiyə” – erməni qızına qarşı əxlaqsızlıq edə bilməməsi üçün özünü qınayır. Azərbaycanlı döyüşçünün keçirdiyi iztirablar real şəkildə əsərdə əksini tapır: “dəxli yox idi ki, bəlkə də günün birində bu qız onu vuracaqdı, amma indi onun qarşısında sabah onu vuracaq bir düşmən görmürdü. Tanrının yaratdığı və ondan imdad diləyən bir varlığı görürdü. Bəlkə də uşaqlar bu qızı güllələsəydilər fərqinə varmazdı, amma zorlanmasını qəbul edə bilməmişdi. Və qızcığazı kolluğa basmaq istəyən uşaqları saxlamışdı:

– Dəyməyin!

Araya mübahisə düşmüşdü.

– Bəs onlar bizimkiləri zorlaya bilər?!

– Biz erməni deyilik!”

Axşam erməni qızını buraxdığına görə danlananda isə verdiyi cavabla gözümüz önündə qeyrətli, mərd azərbaycanlı kişisinin obrazını yaradır: “Komandir, mən arvad davası eləmirəm, torpaq davası eliyirəm”.

Qadın yazarların səsi: mövzu, texnika və ictimai təsir baxımından hansı tendensiyaları müşahidə edirsiniz?

Qadın yazarların yaradıcılığından bəhs edərkən, belə fikir mübahisə obyektinə çevrilmiş və müxtəlif yanaşmalar formalaşdırmışdır ki, müəllifin qadın olması, yəni cinsi fərqlərə görə bölünməsi, əsərin əsas qəhrəmanı qadın olması, əsərin mövzusunun hər hansı bir qadının taleyi ilə bilavasitə və ya bilvasitə bağlı olması amilləri ilə əlaqəli olması əsas götürülür. Qeyd etmək lazımdır ki, bu zamanda alim və........

© dibace.net