Xaçmazın şeir aləmi... - VAQİF YUSİFLİ yazır
Yurdumuzun gözəl guşələrindən biri də Xaçmazdır. Samur-Dəvəçi ovalığında yerləşən, Xəzər dəniziylə əhatə olunan, Dağıstanla sərhəddə yerləşən, gözəl təbiəti və elə bu təbiət qədər gözəl insanları ilə tanınan Xaçmazda son iyirmi ildə ədəbi həyat da gurlaşmağa başlayıb. Mənim Xaçmazdan olan dostlarımın sayı çox deyil. Əslən xaçmazlı olan Firuzə Məmmədlini istedadlı bir şair kimi tanıyıram, həmişə onun şeir kitabları, mətbuatda çıxan şeirləri ilə daima maraqlanmış, onun yaradıcılığı barədə bir neçə məqalə də yazmışam. «Azərbaycan poeziyasının Firuzəsi» adlandırdığım bu gözəl şairənin Xaçmazda yubileyində iştirak edib ürək sözlərimi demişəm.
Xaçmazda - ədəbi mühit qaynardır. Mən bu ədəbi mühitin formalaşmasında xüsusi rolu olan, əyalətdə yaşasa da respublikada tanınan bir şair Murad Qudyalçaylını (1939-1995) burada yad etmək istəyirəm. Vaxtilə Xaçmazda, rayon qəzeti redaksiyasında «Ulduzlar» ədəbi məclisi fəaliyyət göstərib. Yəqin indi də o ədəbi məclis yaşamaqdadır. Onu da xatırlayıram ki, bu məclisin fəaliyyəti nəticəsində «Duyğu yarpaqları» ədəbi almanaxı nəşr olundu. İndi isə Firuzə xanımın redaktorluğu ilə «Poeziyamızın Xaçmaz baharı» adlı yeni bir nəşri sizlərə təqdim edilir. Kitab «Firuzə» ədəbiyyat Ocağında Xaçmaz rayonu Diyarşünaslıq muzeyinin direktoru, Ocağın Xaçmaz bölgəsinin sədri Pakizə Mehdiyevanın təşəbbüsü ilə hazırlanıb.12 şairin son illərdəki yaradıcılığını qismən də olsa əks etdirən bu toplu barədə ilk sözü söyləmək imkanı mənə qismətdir.
Söhbətə Məmməd Qəlirin şeirlərindən başlamaq istəyirəm. Məmməd Qədir əyalətdə yaşasa da, səsi Azərbaycanın bütün bölgələrindən gəlir.Vaxtilə mən onun şeirləri barədə «Ver sözə........
© Ədalət
visit website