O çinarı görmürdüm... - Faiq QİSMƏTOĞLU yazır
Bu yaxınlarda dostlarla bağlı bir yazı qələm almışdım:" Dostları çevirdim astar üzünə..." Həmin yazı ilə bağlı yaxın qohumum , Bəhmənlinin ağsaqqallarından bir olmuş rəhmətlik Seyid Əli Ağanın oğlu Seyid Əbdürrəhimə mənə zəng elədi. Onu da deyim ki, Seyid Əbdürrəhimə çox ziyalı, dünyagörüşlü, savadlı və ədalətli bir adamdır. Və haqqı - ədaləti gözünün işığı, hətta övladı olsa belə danan deyil. Ona görə də onu çox istəyirəm.
Elə onun özü də bu gün el ağsaqqalıdı! O, davamlı olaraq sosial medianı, saytları , qəzetləri izləyir. Mənim də qələmə aldığım yazıları oxuyur və təkliflərini, iradlarını bildirir. Təbii ki, mən də bundan bir nəticə çıxarıram! Zəng edəndə dedi ki, dostlarla bağlı bir yazını oxudum xoşuma gəldi.........
