menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Gəlib keçən bir ömür... - Əbülfət Mədətoğlu yazır

35 32
16.02.2026

Həyatımda elə insanlar olub ki və bu gün də var. Mən onlar barəsində keçmiş zamanda danışa bilmirəm. Onların xatirə olduğuna inanmıram. Çünki onlarla təmasım ürəyin, ruhun təması olubdu. Anlayışın, düşüncənin, həyata baxışın təması olubdur. Bu mənada bu gün barəsində düşündüklərimin kiçik bir hissəsini qələmə almaq istədiyim unutmadığım bir ADAM var. Sözün həqiqi mənasında UNUTMADIĞIM!

Bəli, gəlin etiraf edək ki, bəzən düşündüklərimizi, xəyalımızdan keçirdiklərimizi başqasının hərəkətində, fəaliyyətində, yazısında, hətta söhbətində dilə gətirildiyini, təqdim edildiyini görəndə, eşidəndə bir az çaş-baş qalırıq. Axı bu necə ola bilir? Məsələn, mən indi barəsində yazacağım adam haqqında son bir həftədir ki, özümdən asılı olmadan düşünürəm, kitablarını vərəqləyirəm və bu bir həftənin içərisində də həmin ADAM barəsində mətbuatda da, sosial şəbəkələrdə də, eləcə də həmsöhbət olduğum insanlarla, müzakirə etdiyim mövzularda da qarşılaşmışam və hər dəfə də təəəccüblənmişəm. İndi isə bütün bu təəccüblərə, təsadüflərə baxmayaraq, özüm üçün qətiləşdirdiyim bir məqama toxunum. Yəni mən artıq bilirəm ki, barəsində düşündüyüm ADAM təkcə mənim üçün deyil, hamı üçün, yəni onu tanıyan hər kəs üçün unudulmazdır, yadda qalandır. Elə ona görə də fikirlərimiz, düşüncələrimiz həm paralel, həm də kəsişən bir xətt üzrə hərəkətdədir. Və …

Əlimdə tutduğum kitaba qəribə bir avtoqraf yazılıb:

- Sevgili Qarabağımızın sarı simi Mədətoğlu Əbülfət bəyə müəllifdən. Ramiz Məmmədzadə, 25 yanvar, 2022-ci il.

Bəli, mənə bağışlanan kitabın adı «Bir ömürdü, o da keçdi beləcə…» adlanır. Kitab dəyərli yazıçımız Mustafa Çəmənlinin redaktorluğu ilə işıq üzü görüb. Və maraqlıdı ki, bu kitabda həm Ramiz Məmmədzadənin şeirləri, publisist yazıları,esseləri, məktubları, həm də onun barəsində yazılmış dost sözləri yer alıbdır. Mən böyük qürur hissi ilə vurğulamaq istəyirəm ki, kitabda əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadə, şair əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə və bir də mənim – şair, əməkdar jurnalist........

© Ədalət