DƏRDLƏRİ PARALELLƏŞDİRƏN ŞAİR - Əbülfət Mədətoğlu yazır
Söhbət Elşad Səfərlidən gedir.
Adətən mənə hədiyyə olunan kitabları əlüstü gözdən keçirirəm. Bu, bir növü o kitabın havasını özümə hopdurmaq marağıdır. Xüsusilə, imzasını tanıdığım, sözünə hörmət etdiyim, ruhuma doğma bildiyim qələm adamlarını hər yeni kitabla özümə daha da yaxınlaşdırıram. Bax bu mənada mənim üçün yeni kitab, yeni yazı onun sahibi, yəni müəllifi ilə üz-üzə oturub həmsöhbət olmaqdır, yeniliyi, təzə nübarı ikilikdə söhbət mövzusuna çevirməkdir.
Bəli, bu günlərdə Lənkərandan ünvanıma bir bağlama gəldi. Çoxdandı səsini, sözünü eşitmədiyim, qarşılaşmadığım köhnə həmkarlarımdan biri, yəni şair-publisist Elşad Səfərli adıma iki kitab göndərmişdi. Və mən də “Qanun” nəşriyyatının professor, filologiya elmləri doktoru Vaqif Yusiflinin ön sözü ilə oxucu dünyasına qədəm qoymuş kitablarını böyük sayqı ilə qarşıladım. Elə buradaca onu da əlavə edim ki, kitablar həm nəşriyyatın, həm də müəllifin adına layiq səviyyədə araya-ərsəyə gətirilib. Bu gün oxucularla həmin kitablardan birinin “Paralel dərd”in məndə yaratdığı təəssüratı atüstü bölüşmək istəyirəm. Kitab öncə fərqli bir bölgüdə sıralanması ilə diqqətimi çəkdi. Yəni müəllif kitabdakı nümunələri özünəməxsus başlıqlarla təqdim edib. Hər bir bölmənin adında bugünün ovqatını ifadə edən cizgilər var. Məsələn, “N” cəbhədə, “N” sayda kitab sahibi, “Uzun sürən sevda”, “Kəkotu kəklikotu” və digər adlar altında təqdim etdiyi şeirləri oxucunun uzun illərdən bəri alışdığı standart başlıqlardan bir növü “xilas” edib. Ona görə də kitabı oxuyanda həmin bölmələrin adının yaratdığı assosiasiyada adama müəyyən təsirlər göstərir. Mən bölmələrin adları barədə söylədiyim bu fikri ona görə........
© Ədalət
