Ermənistanın üç BÖYÜK düşməni – Daha böyüyü də v
Ermənistan parlamentinin sədri Ruben Rubinyan sabiq prezidentlər – Levon Ter-Petrosyan, Robert Koçəryan və Serj Sərkisyanı ölkənin əsas düşmənləri adlandırıb. Spikerə görə, onlar Ermənistanın müstəqilliyinin düşmənləri olublar və belə də qalmaqdadırlar.
Azərbaycan xalqına qarşı silsilə cinayətlərin, o sırada etnik təmizləmə və soyqırımlarının təşkilatçıları olan bu üç üzdəniraq və onların tərəfdarları ilə Nikol Paşinyan hakimiyyəti arasında qarşıdurma hazırda pik həddə çatıb. Hərgah, erməni cəmiyyətinin ən böyük düşməni, əslində, adı çəkilən üç nəfər deyil. Yəni, qat-qat təhlükəli düşmən də var. Ter-Petrosyan-Koçəryan-Sərkisyan üçlüyü isə, sadəcə, səbəbin doğurduğu nəticə, təzahürlərdir. Gəldik mətləbə.
Hay qəbiləsinin ən qorxulu düşməni məhz xəstə erməni təfəkkürünün, “Böyük Ermənistan” mifinin toplumun mühüm hissəsinin şüuruna hələ də hakim kəsilməsidir, Türkə patoloji nifrətin davam eləməsdidir. Necə deyərlər, bir adamın özünə elədiyi pisliyi heç kim edə bilməz. Cəmiyyətlər də elə...
Bu da “isti” nümunə. Hökumətin vəd elədiyi kimi, bu ay Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer........
