Neymar və Zlatan, Poqba və Veron, Ramil və Araz
Futbol tarixinin ən çox şişirdilmiş, həddindən artıq qiymətləndirilmiş 25 oyunçusunun siyahısında adı olanların 20-i ilə bağlı and içərəm ki, siyahıya haqlı salınıblar. Amma beş futbolçuya qarşı haqsızlıq olduğunu düşünürəm.
"Perplexity AI"-nin hazırladığı və "Sport Bible" tərəfindən yayılan siyahı aşağıdakı kimidir: Neymar, Pol Poqba, Zlatan İbrahimoviç, Paul Skoulz, Mario Balotelli, Deli Alli, Mesut Özil, Cek Uilşir, David Bentli, Robinyo, Xuan Sebastian Veron, Radamel Falkao, Fernando Torres, Antoni, Joao Feliks, Alvaro Morata, Anhel Di Maria, Kaka, Adriano, Mario Qötze, Hakim Ziyeq, Teo Uolkot, El-Hacı Diuf, Rahim Sterlinq, Denilson.
Məncə, Neymara qarşı ədalətsiz davranılıb. O, çox yaxşı futbolçudur, sadəcə ceyran ayaqlıdır və topla çox jonqlyorluq edir deyə, hozu müdafiəçilər təpiyi onun topuğundan qoyurlar, o da məcbur olur çəmənə uzanıb qıvrılsın, yumbalansın. Neymarda olan driblinq, top ram etmək, dəqiq ötürmə vermək qabiliyyəti çox az futbolçuda var.
Gəlmiş-getmiş futbolçulardan ən zəhləmgetmişi olan İbrahimoviç də haqsızlığa uğrayıb. Adam futbol virtuozudur, onun qədər gözlənilməz və gözəl qollar vuran........
