menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Boşanma statistikasına töhfə verən rekordsmen

20 0
12.06.2026

Əmin və rəvan bir bir şəkildə deyir ki, "üçüncü dəfə seçim etdim və düşünürəm ki, bu artıq son evliliyimdir".

Adam az qalır zəng vurub desin ki, onu deyici olma, bəy, dünyanın işini nə bilmək olar, yəni “heç vaxt “heç vaxt” demə” söhbəti.

Söhbət müğənni Rəvan Qarayevdən gedir. Sənətçi bu yaxınlarda üçüncü dəfə ailə qurub. Allah xoşbəxt eləsin, qoşa qarısınlar, oğullu-uşaqlı olsunlar, neynim-necə eləyim deməsinlər və sair və ilaxır.

Qısa zaman kəsiyində 3 dəfə ailə qurmaq hər kəsə nəsib olan şey deyil. Bu, bir az fərasət, bir az da cəsarət məsələsidir (xəcalət tərəfinə toxunmayaq). Oğlanlar tanıyıram, yaşı qırxa dirənib, hələ də subay-salıq gəzir, tay-tuşlarının yanında özünü sındırmır, “subaylıq sultanlıqdır” deyir. Amma bu tacsız “sultan” ana-bacısının sürəkli danlağına başqa cür cavab verir: “Kimi alım?”.

Doğrudan da yaşı qırxa çatmış və keçəlləşməkdə olan kişi kimi alsın? Gedən var ki?

Rəvan qardaşın isə belə bir problemi yoxdur, indiyədək üçünü alıb, yeni xanımının qorxusundan “bu, son evliliyimdir” deyir, amma sözdür........

© Müsavat