Brüsseldən Ermənistana “kəşfiyyatçı - 2 missiyas
Avropa İttifaqının Brüsseldəki səfirləri bu gün Ermənistana yeni mülki missiya göndərmək qərarına gəliblər. Azadlıq Radiosunun erməni xidmətinin məlumatına görə, bu, gələn həftə keçiriləcək Avropa İttifaqı Xarici İşlər Nazirlərinin iclasında gözlənilən yekun təsdiq üçün yol açıb.
Azadlıq Radiosu AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarından missiyanın mandatı, strukturu və müddəti ilə bağlı təkliflərin əks olunduğu sənədi əldə edib. Bu sənədə əsasən, missiya təhlükəsizlik nazirliklərinə və agentliklərinə strateji və praktik məsləhət və dəstək verməklə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməkdir. Bu məsləhətləşmələr siyasətin hazırlanması, xarici informasiya manipulyasiyasının, kiberhücumların və qanunsuz maliyyə axınlarının aşkarlanması və cavablandırılmasına yönələcək.
“Azadlıq” radiosunun əldə etdiyi bir sənəddə Avropa Xarici Fəaliyyət Xidmətinə “Aİ-nin dəstəyinin məqsədini aydınlaşdırmaq və sülh prosesinə potensial mənfi təsirin qarşısını almaq üçün Azərbaycanla müzakirələri davam etdirmək” tapşırığı verilib. Sənəddə İrana qarşı müharibədən də bəhs edilir və bildirilir ki, Ermənistanın iki açıq sərhədindən biri İranladır. “Bu, Ermənistanın kommunikasiyaları, eləcə də Şimal-Cənub nəqliyyat və ticarət dəhlizi üçün əsas əhəmiyyət kəsb edir”. Sənəddə deyilir ki, bu gərginliklər Rusiyanın Ermənistanın iqtisadiyyatına və enerji ehtiyaclarına təsirini daha da artıra və seçkilərdən əvvəl spekulyasiya mövzusuna çevrilə bilər. Yeni Aİ missiyasının Ermənistanda iki il fəaliyyət göstərəcəyi və 20-30 beynəlxalq nümayəndədən ibarət olacağı bildirilir. O, “Aİ Tərəfdaşlıq Missiyası” adı altında fəaliyyət göstərəcək.
Elə bu yerdə xatırlatmaq yerinə düşər ki, 2022-ci ildə də Aİ 40 nəfərlə Ermənistan yolçuluğuna başlamışdı. Hazırda açıqlanan rəqəmə görə, missiyanın 209 üzvü var. Qeyri-rəsmi neçə nəfərdirlər, məlum deyil. Beləliklə, Azərbaycan Aİ........
